“Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında silah satışı barəsindəki müqavilə bağlanmsı Moskvanın bərk narazılığına səbəb olub. Əksər anlitiklər əmindirlər ki, ABŞ bu üsulla dolayı yolla özünün ərəb müttəfiqləri vasitəsilə Ukraynanı silahlandırır. Əlbəttə, Kiyev bu hərəkətlərinə görə ərəblərə təşəkkür edərək onların addımlarını alqışlayıb”. Bu fukirlər tanınmış “The Times” qəzetində yer alan “ABŞ Ukraynanı ərəblərin əli ilə silahlandırır” başlıqlı məqalədə yer alıb.

Bununla əlaqədar Ukrayna hökümətinin yaydığı məlumatda bildirilir ki, iki ölkə qarşılıqlı anlaşma haqqında memerandum imzalayıb. Həmin sənədə uyğun olaraq da ilkin mərhələ üçün Birləşmiş Ərəb Əmirliklərindən 110 milyon dollar məbləğində hərbi texnika alınması nəzərdə tutulur.

Ukrayna hökümətinin mətbuat xidməti isə sövdələşmənin detalları barəsində heç bir məlumat verməyib. Lakin daxili işlər nazirinin müşaviri Anton Geraşenko silah alınması ilə əlaqədar, öz“Facebook” səhifəsində yazıb: ”Diqqət etmək lazımdır ki, avropalı və amerikalıların Üçüncü Dünya Müharibəsinın yarana biləcəyi təhlükəsindən çətindikləri halda, ərəblər Putinin təhdidlərindən qorxmurlar”.
BƏƏ ABŞ-ın Yaxın Şərq regionundakı ən yaxın müttəfiqlərindən biridir. Ancaq onlar Ukrayna ilə də birinci dəfə deyi ki, əməkdaşlıq edirlər. Bu ölkənin silah ehtiyatında Ukraynaya lazım ola biləcək xeyli sayda ABŞ hərbi texnikası var.
Böyük Britaniyanın “Royal United Services” İnstitunun elmi əməkdaşı İqor Sutyaqinin sözlərinə görə bu unikal sövdələşmə Qərbin Minsk razılaşmasından sonrakı növbəti addımıdır.
Analitiklər gözləyirdilər ki, bu sövdələşməyə Rusiya kəskin reaksiya verəcək. Moskva iddia edəcək ki, ABŞ üçüncü ölkələrin əli ilə Ukraynanı silahlandırır.
Doğurdan da Moskva bu hadisəyə çox tənqidi yanaşıb, amma Qərbi ittiham etməyib. Hərbi analitik Teodor Karasık məsələ barəsində deyib: “BƏƏ balanslaşdırılmış strateji gedişlərdən istifadə edir.U krayna ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması , Rusiyanın Suriyadakı siyasətindən BƏƏ-nın narazı olmasını göstərir”.
Vaqif
AzPolitika.info

Şərhlər