NAZİR ÖZ İŞÇİSİNƏ RÜŞVƏT VERDİRİB, SƏSİNİ YAZDIRDI! - "Açıq alver gedir..." + VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Göygöldə Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib. Qəbulda maraqlı məqamlar qeydə alınıb.

“Siz hamınız beləsiniz, mən sizinlə bacara bilmirəm” - deyən Səlim Müslümov məmur özbaşınalığına qarşı sərt tədbirlər görəcəyi barədə də məlumat verib.

Nazir hətta son günlər gələn şikayətlərə praktiki yanaşıldığını da vurğulayıb: “Mənə Ağcabədidən ərizə gəldi, oxudum və daxili audit şöbəsinin müdirini yanıma dəvət etdim. Dedim bu adama gizli bir nəfər göndər, heç kəs xəbər tutmasın. Ona da vəsait ver, qoy aparsın versin. Həmin adam da cibinə diktofon qoyubmuş. İndi məndədi o diktofon. Həmin diktofonda açıq alver gedir... Deyir ki, sənə 150 manat təyin edəcəm, bu qədərini mənə verərsən”.

Atv.az-a istinadən həmin videonu təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar