HƏKİM XƏSTƏNİN SAĞLAM AYAĞINI KƏSDİ - Azərbaycan səhiyyəsində dəhşət! - VİDEO

Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. 

Xəstənin sağlam ayağını kəsən həkim: "Mexaniki səhv səbəbindən belə bir hadisə oldu. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Hadisədir də, başıma gəlib."

jgu

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə anspress-ə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, - deyə mərkəzin baş həkiminin katibəsi bildirdi.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə anspress-ə açıqlamasında faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.

Səhiyyə Nazirliyi Azərbaycanda həkimin sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən  verilən xəbərə görə, hazırda Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, məsələ hüquq-mühafizə orqanı tərəfindən də araşdırılır. Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, yayılan xəbərlərə əsasən, şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov hadisəyə münasibət bildirib.

V.Kərimov "Report"a açıqlamasında faktı təsdiqləyib və səhv etdiyini etiraf edib: "Xəstə çox ağır idi. Hər iki ayaq işemiya fonunda qanqrena olub. Birində proses çox dərin idi. Yəni, çürümə çox idi. Digərində isə proses hələ yeni başlayıb. Hər iki ayaq kəsilməli idi. Sol ayaq amputasiya olunmalı idi, mən sağ ayağı əməliyyat etmişəm. Uşaqlarını da başa salmışam. Onun həyatını xilas etmək üçün ani olaraq mexaniki səhv səbəbindən belə bir hadisə oldu. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Elə xəstəm olub ki, iki ayağı bir həftə müddətində kəsilib. Hadisədir də, başıma gəlib. Amma bir daha vurğulayıram ki, hər iki ayaq onsuz da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi".

V.Kərimov Yasamal Rayon Polis İdarəsinə çağırıldığını da deyib.

"Hazırda işdə deyiləm, mərkəzə (xəstəxana nəzərdə tutulur - "Report") yaxın dura bilmirəm. Xəstənin yaxınları mənə hücum çəkib, hətta biri məni vurub, işdə də dağıntılar ediblər. Xəstənin oğlanlarından biri mədənidir və məni başa düşdü. Onlar bilirdi ki, hər iki ayaq əməliyyat olunmalı idi, əks halda analarının 3-4 günlük ömrü qalacaqdı", - deyə, cərah əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar