SABİQ DEPUTAT TİFLİS KAZİNOSUNDA! - 270 min dollar uduzub! + VİDEO

Sabıq deputat və “kredit oliqarxı” Fərhad Qəribov tez-tez Tiflisin kazinolarına baş çəkir. Təxminən ötən həftə Fərhad Qəribov tanınmış Azərbaycan biznesmenlərindən biri ilə birlikdə Tiflis kazinosunda 270 min dollar uduzub.

Bu barədə məlumat və onun sübutu olan videogörüntülər haqqın.az saytının redaksiyasına daxil olub.

"AzPolitika.info" həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, Fərhad Qəribov bu yaxınlarda bağlanan "Debut" Bankın sahibi idi. O, 2005-2015-ci illərdə deputat olub.

Fərhad Qəribov 1952-ci ildə Kürdəmirdə anadan olub. Sovet dövründə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin regional idarəsində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “Azərneftlayihətikinti” istehsalat birliyində rəhbər vəzifə tutub. Müstəqillik illərində isə biznesə girişib və 2000-ci illərin əvvəllərində “Debüt” bankı təsis edib. Habelə “Azəri-Holdinq” maliyyə-sənaye qrupuna rəhbərlik edib. 2005-ci ildə Kürdəmirdən deputat seçilən oliqarx Qəribov formal olaraq biznesdən uzaqlaşıb, bankını və digər biznes aktivlərini övladlarının idarəçiliyinə verib.

Fərhad Qəribovun deputat olduğu 10 il ərzində onun biznesi və faktiki sahibi olduğu bank ətrafında qalmaqallar heç səngiməyib. Virtualaz.org xəbər verir ki, 2010-cu ildə Mərkəzi Bank “Debütbank” ASC-yə verilmiş bank lisenziyasını geri çağırıb. Bu, bankın fəaliyyətində yol verilmiş ciddi pozutularla bağlı idi. Baş prokurorluğun iki il əvvəl yaydığı rəsmi məlumatda deyilirdi ki, “Debütbank” 2006-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərərkən fonddan ayrılmış 3 milyon manata yaxın güzəştli kredit bankın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə mənimsənilib.

Mətbuat yazıb ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin mənimsənilməsi üzrə Fərhad Qəribovun oğlu Elnur Qəribov istintaqa cəlb olunub, dindirilib, onun ölkədən çıxışına “stop” qoyulub. Bəzi məlumatlara görə o vaxt deputat olan Qəribov özü də mənimsəmə işi ilə bağlı istintaqa ifadə verib, baş verənlərdən xəbəri olmadığını iddia edib.

Ötən il Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra Fərhad Qəribovun oğlunun da həbsi xəbəri yayılmışdı. Lakin o bildirmişdi ki, bu xəbərlər yalandır. F.Qəribovun sözlərinə görə, oğlu Elnur Qəribov 8 il bundan əvvəl Cahangir Hacıyevlə şərik iş qurubmuş. Deputat bildirib ki, sonradan onların işi alınmayıb."O zaman Cahangir Hacıyev oğlumu aldatdı və onların işi alınmadı. Onun barəsində cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Elnur Qəribovdan da bu şəriklik barədə soruşublar”, - F.Qəribov jurnalistlərə deyib.

***

Keçmiş deputat Fərhad Qəribov Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan videokadrlara münasibət bildirib.

F. Qəribov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, yayılan məlumatların hamısı boş və yalan sözlərdən ibarətdir: “Mən “pensioner” adamam. Mənim pulum var ki, gedim kazinoda oturum?! Videoya da yaxşı baxın. Görün mənəm o videoda?

Mən heç o videonu görməmişəm, görməyəcəm və maraqlanmayacam da. Cəhənnəmə olsun... Məni neçə ildir ki, tanıyırlar. Birinci dəfədir ki, haqqımda boş yazılar gedir.

Məhkəməyə filan da verməyəcəm. Getsinlər, nə bilirlər etsinlər. Məhkəməyə verəndə guya nə olacaq ki? İndi sözdür, danışırlar, cəhənnəmə danışsınlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar