HABİL VƏLİYEV BELƏ HƏBS OLUNDU - "Nəşriyyat"dakı əməliyyatdan - VİDEO

Xəbər verildiyi kimi, dekabrın 7-də axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev saxlanılıb. H.Vəliyev “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində yerləşən ofisindən aparılıb.

“Reket jurnalist şəbəkəsi”nin əsas fiqurlarından biri olan H.Vəliyevin saxlanmasının videogörüntüləri yayılıb. Kadrlardan belə görünür ki, DTX-nın 4 əməkdaşı "Gündəlik Bakı"nın ofisinə yaxınlaşır, qapı döyülür, bir qədər sonra isə Habil Vəliyevlə birlikdə ordan ayrılırlar. Yəni həbs heç də MTN sayağı - "qara maskalı"ların iştirakı ilə, qapı sındırılaraq və sanki təhlükəli bir terrorçu zərərsizləşdirilir görüntüsü yaradılaraq yox (Pərviz Həşimlinin həbsində olduğu kimi), sivil qaydada həyata keçirilir.

"AzPolitika.info" həmin görüntüləri təqdim edir:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar