Rəsul Quliyev Sülhəddin Əkbərlə "multfilm danışığı"nı etiraf etdi - (VİDEO)

ACP lideri Rəsul Quliyev "Kanal13" internet televiziyasına müsahibəsində yenidən Milli Şuraya hücuma keçib. O, son mitinqlərə qiymət verərək, belə aksiyalarla heç nəyə nail olunmayacağını deyib. R.Quliyev əminliklə bildirib ki, İlham Əliyevə qalib gəlmək mümkün deyil.

Seçkilərə bir neçə gün qalmış Milli Şuranın üzvü olan bir siyasətçinin bədbinlik yayan belə açıqlamalarının daha çox kimə xeyiri olduğu haqda dərin düşüncələrə dalmağa ehtiyac yoxdur. R.Quliyev açıq-aşkar, çəkinmədən bu mərhələdə hakimiyyətin "əlinə oynayır". Lakin bu yeni söhbət deyil və sonuncu müsahibəsi də bu baxımdan diqqəti çəkmir. Müsahibədə diqqət çəkən məqam odur ki, R.Quliyev bir neçə gün əvvəl yayılmış Sülhəddin Əkbərlə məşhur telefon danışığını bu müsahibədə faktiki olaraq təsdiqləyib. Baxmayaraq ki, daha əvvəl həm R.Quliyev, həm də Sülhəddin Əkbər təhqiramiz fikirlərlə dolu telefon söhbətini "montaj" adlandırmışdılar.

R.Quliyevin yeni müsahibəsini təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar