ƏLİ HƏSƏNOVUN NƏVƏSİ AĞIR YARALIDIR - Ötən ay toyu olub, generalın kürəkənidir! + VİDEO (Yenilənib)

 

Ötən gecə Bakının Heydər Əliyev prospektində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə törədilmiş dəhşətli qəzada ölən və yaralananların adları polis tərəfindən açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən bildiriblər ki, (APA) qəza nəticəsində  “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Bəzi hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtmobildə baş nazirin müavininin nəvəsi də olub və xəsarətlər alıb, lakin onu tələsik avtomobildən çıxararaq aparıblar. Hələlik Əli Həsənovun özü və ya ailə üzvlərindən onlara məxsus avtomobillə paytaxtın mərkəzi prospektində yüksək sürətlə hərəkət edərək və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq törədilmiş, iki nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olan qəza ilə bağlı şərh verən olmayıb.

Sosial şəbəkələrdə Nail Allahverdiyevin (Əli Həsənovun qız nəvəsidir) qəzaya uğrayan avtomobildən başqa daha bir neçə superkarı var, bu ərköyün nəvənin sosial şəbəkələrdə çılpaq qızlarla əylənərkən və xarici ölkələrdəki otellərdə içki məclisləri təşkil edərkən çəkilmiş fotolarına rast gəlmək olur. Belə fotoları bir neçə ay Nail Allahverdiyevin Facebook səhifəsindən götürüb bir çox KİV-lər yaymışdı.

***

Ötən gecə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın bəzi təfərrüatları bəlli olub. PrimeTime.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu bildirilir.

Məsələ ilə bağlı gecə saytlara açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ətraflı məlumatının olmadığını bildirib: "Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır".

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda məşhur "Soho" klubun sahibidir.

***

Bakıda qəzaya uğrayan "Mercedes Galendevagen" avtomobili Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsinə məxsusdur.

APA bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı Əli Həsənovun nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.

***

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə "Report" bəzi detallar əldə edib.

Qəza zamanı "Gelandewagen" avtomobilində həlak olan şəxslərdən biri Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir.

***

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər dünyasını dəyişib. Qəzanı törədən avtomobil isə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlirliyinin yanğınsöndürənləri gəlib.

***

Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

***

"Report"un hadisə yerində olan müxbirinin sözlərinə görə, biri Mercedes Galendevagen olmaqla iki maşın prospektdə ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra idarəetməni itirən maşın aşıb.

Onunla ötüşən digər maşın isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində ölən və yaralananlar var.

https://youtu.be/pEe8PSQoSGA

https://youtu.be/uFQsTI4s6xg

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar