VÜQAR QARADAĞLININ MİLYONLUQ VARİDATI - Mülklər, mənzillər, avtomobillər... (SİYAHI)

ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısı yayımlanıb. Həmin siyahını "ölkə.az"a istinadla  heç bir şərh vermədən təqdim edirik: 

- Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa

- Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil

- Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28

- Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil

- Quba rayonunda üçmərtəbəli villa 

- Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları" adıyla tanıyır)

- Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.

- Türkiyədə, Quş adası istirahət bölgəsində ev

- Bodrumda mənzil

- Antalyada ikiotaqlı mənzil 

- İstanbulda  "Molos İstanbul" adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.

- Bayraq Meydanının yaxınlığında "Panorama" restoranı (qayını Rauf Dadaşovla şərik) 

Avtomobillər

- Ən son model 2 ədəd "Audi" markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi"lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.

- İki ədəd son model "Lexus" avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir. 

- Bir ədəd "Nissan patrol". Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

- Mercedes S Class

Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car"dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder" markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2017-09-29 18:59:59

Dahi Lütfi Ələsgərzadə üç məntiqi- "insan məntiqi"ni, özünün kəşf etdiyi "qeyri səlis məntiqi" və "maddi aristotal məntiqi" dilinə gətirməklə onları bir-birindən də fərqləndirməyi unutmamışdır.Nə qədər ki, iri kürsülərdə əyləşib dövlət əmlakını mənimsəyənlərin beynindəki "aritotal məntiq" dağıdılmayıb dövlətin hüdudsuz əmlakını mənimsəmələr davam edəcəkdir.

Son yazılar