HÜSEYN ABDULLAYEV QÜRBƏTÇİLƏRƏ MAHNI HƏSR ETDİ – “Sevdiyimdən ayrıldım…’’ (Video)

Dərc olunub: 11/12/2017 - 11:54

huseyn

Sabiq millət vəkili, bəstəkar Hüseyn Abdullayev yeni əsərini – “Neyləyim” adlı mahnısını təqdim edib. “AzPolitika.info”nun məlumatına görə, bir neçə ildir Almaniyada siyasi mühacirətdə yaşayan və bu yaxınlarda prezident seçkilərində iştirak edəcəyini bəyan etmiş H.Abdullayev, yeni mahnısını qürbətçi soydaşlarımıza ithaf etdiyini bildirib:

“Sevimli həmvətənlərim, dəyərli dostlar.

Sizlərə bu gün yeni yazdığım və dünyada yaşayan bütün soydaşlarıma həsr etdiyim “NEYLƏYİM” adlı mahnımı təqdim etmək istəyirəm. Ömrümüzdən və taleyimizdən bir il də gəlib keçdi. Bu ötən illərin biz qürbətçilər üçün nə qədər ağır və necə əzablı olduğunu bir Allah bilir. Yaradıcı və sənət insanları üçün isə, belə ayrılıq daha çox iztirablı və daha da ağrılıdır. Çünki Vətənin rəngini, istisini və hər guşəsinin doğmalığını başqa diyarda hiss etmək mümkün deyil. Dogrudan da bizim xalq başqa xalqdır. Onun özünə məxsus səmimiyyəti, saflığı və anlayışı vardır. Bəli, bəzən hər birimiz “Sən mənə xoşbəxtliyin tablosunu çəkə bilərsənmi” kimi suallarla qarşılaşırıq. Amma nədənsə yenə bizə aid olan və unudulmaz xatirələrimizi təşkil edən acılarımız haqqında rəsm çək deyənləri az görürük. Axı bu nə qədər acı da olsa, bir gerçəkdir ki, heç bir insanın həyatı daim hamar, ya da enişsiz və yoxuşsuz olmur. İndi səsləndirəcəyim nəğməmdə həm zalımların zülmünə məruz qalmış mühacirlərin, həm də öz sevdiklərindən uzaq düşən soydaşlarımın acısını musiqinin dili ilə çəkib göstərmək istəmişəm. Ayrıca olaraq onu da qeyd edim ki, mahnıdakı ‘’Sevdiyimdən ayrıldım’’ sözünü dedikdə, canım qədər sevdiyim Atamı nəzərdə tutmuşam. Bunu nə qədər başara bilmişəm, ya da yox, qərarını siz verin”.

H.Abdullayevin yeni əsərini özünün ifasında təqdim edirik:


loading...




Fikrinizi bildirin