ƏDALƏT PARTİYASI QURULTAY KEÇİRİB - İlyas İsmayılov yenidən sədr seçilib (Fotolar)

Sabiq baş prokuror İlyas İsmayılovun lideri olduğu Ədalət Partiyası bu gün 6-cı qurultayını keçirib. Hakimiyyət partiyanı yerlə təmin etməkdən imtina etdiyi üçün tədbir Azərbaycan Demokrat Partiyasının (ADP) akt zalında baş tutub. Partiyanın ali yığıncağında 200-dən artıq qurultay nümayəndəsi, o cümlədən qonaqlar iştirak ediblər.

"AzPolitika"nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, partiya sədri İlyas İsmayılov özünün geniş məruzəsində hakimiyyətin apardığı siyasəti, xüsusən də Qarabağ siyasətini sərt tənqid edib. O, hakimiyyəti ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ümid bağlamamağa, problemi xalqın və Azərbaycan Ordusunun gücünə arxalanaraq, həll etməyə çağırıb. İ.İsmayılov hakimiyyətin təhsil və səhiyyə siyasətini də sərt tənqid edib (İ.İsmayılovun məruzəsi daha geniş formada təqdim olunacaq).

Tədbirdə qonaq qismində iştirak edən partiya sədrləri - VAMBP sədri, professor Hacıbaba Əzimov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VİP sədri Əli Əliyev və ADP sədri Sərdar Cəlaloğlu çıxış edərək, mövcud ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, İlyas İsmayılovun Azərbaycan siyasətindəki rolu və yeri barədə yüksək fikirlər dilə gətirərək, qurultay iştirakçılarına uğurlar diləyiblər.

Qurultayda İlyas İsmayılovun yenidən Ədalət Partiyasının sədri seçilib, həmçinin digər seçkili orqanlara seçkilər keçirilib.

 

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2018-01-27 16:15:05

Hec bir partiyianın üzvü deyiləm.İ.İsmayılovla qohumluq və yaxın əlaqələrim yoxdur.Respublikada kimliyindən asılı olmayaraq heç kim İlyas İsmayılovla bacarmaz və bacarmayacaqdır da.Bax bunu biməyənlər qoy eşitsinlər və bilsinlər.

Son yazılar