FHN-də ZABİT KONTİNGENTİNİN MARAĞI... - Polkovnikdən biabırçı açıqlamalar

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və KİV-lərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub. Kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ''Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi''dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb, qadınlar mühərriklə müqayisə edilərək aşağılanıb.

Məsələ ilə bağlı kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımo Unikal.org-a müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

Yazdıqlarınıza görə sizi təhqir edənlərə nə deyərdiniz?

-Mən Quran oxuyur, namaz qılıram. Düzdür, özümü dindar saymıram. Ancaq Allahın buyurduğu islam qaydalarına bacardığım qədər əməl edirəm. Mən kitabımda insanları islam əxlaqına səsləmişəm. Əsas məssəblərimdən biri bu olub. Uzun illərdir insanlar arasında işləyirəm. Bilirəm ki, insanlar ən çox nələrə maraq göstərirlər. Kitab müəllif kitabıdır. Nə lazımdırsa orada yazmışam. Bu kitaba heç kim qadağa qoya bilməz. Məni şərləyirlər. Bu, mənə atılan ilk böhtan deyil. Son bir neçə ayda mənə çoxlu böhtanlar atılıb. Mən elm adamıyam. Tarix elmləri namizədiyəm. Ürəyim sözlə doludur.

-Bəs maşın yağı ilə seksin nə əlaqəsi var?

-Bax siz jurnalistsiz. Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə, sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm.

- Məlumat yayılıb ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabınızla bağlı sizi işdən azad edib. Bu barədə nə deyə bilərsiz?

-Xeyir, vəzifəmdən azad olunmamışam. Sadəcə olaraq mənə öz xoşumla məcburi ərizə yazdırmaq istəyirlər. Ancaq mən isə ərizə yazmaqdan imtina edirəm. Çalışırlar ki, məni razı salsınlar.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="7" ids="423718,423719,423720,423721,423722,423723,423724"]

635x100

Şərhlər

ayzek 2018-06-02 15:25:13

QURANI OXUYANDAN SONRA HƏR ADAMIN BEYNİ ONA TAB GƏTİRMİR,BƏZƏN BU CÜR FƏSADLARA DA YOL AÇIR.

Van Gogh 2018-06-02 15:25:13

Necə deyərlər oğrunun yadına daş salmısan ki... Heç zabit-gizir heyətinə belə kitablar paylamaq olar? Nazirliyi vurmusan bir-birinə, hələ deyirsən "ürəyim doludur". Ürəyin doludur, çıx pensiyaya, get bir Kamasutra da sən yaz.

Adil 2018-06-02 15:25:13

Hansı bir məmur bu vaxta qədər buraxdığı səhvini, təqsirini etiraf edib? Məmur təbəqəsinin əksəriyyəti elə xəstə təxəyyüllü insanlardırlar ki, əməllərinə belə düzgün qiymət verməyi bacarmırlar. Sanki, yığma komandadır. Bunlar istər rəhbərlik, istərsə də ictimaiyyət qarşısında məsuliyətlərini dərk etmirlər. Cəzasızlıq şəraitində özlərini suda balıq kimi hiss edirlər.

muhendisb 2018-06-02 15:25:13

Bu adam bilinmiyor molladır ya zabit mene ele gelir molkaya cox okşayır onun yeri qebrsanllıqdır ölüler üzerinde yasin okumadir bu nadir tapıntını ora gönderin

o.b.n 2018-06-02 15:25:13

Hələ bu tarixçi bilmir insanın cibindən 0,001 gram narkotik necə çıxır ,bir böyük səhv etmisən birin də etmə get ərizəni yaz otur evdə və soyuq başla bir kitab da yaz:«FAİŞƏ VƏ RÜŞVƏTXOR MƏMUR » və geniş müqaisə et.

Gülverdi 2018-06-02 15:25:13

Qospitalda tibbi yoxlamadan keçirilse pis olmaz. Sehhetine göre pensiyada teyin ederler!

G.M 2018-06-02 15:25:13

Efirlərdə Tolik ``... tvoy mat`` deyir..Teymur(əmi)əmininki pas atıb ay Mətanət xanım`` deyə bilir..Karrupsiyadan başı gicəllənən Polkovnik gic bir kitab yazır,hamı qalxır ayağa.Allahınız olsun..bəsdirin də..indi kitab oxuyan var ki,bilələr ki nə yazıb...

mühendis 2018-06-02 15:25:13

Mene ele gelir ki bu adam zabit forması gelmiş molladır İcaze verin öz seneti ile meşgul olsun. ... Derhal uzaklaştıran milleti biabr etdi

Feti 2018-06-02 15:25:13

Nazirin özü mahnı yazır, işçisi də seksual məzmunda kitab, FHN deyil e, yaradıcılıq birliyidir)))))))))))))))))))

Абдулла 2018-06-02 15:25:13

Elə şeylər var ki, öz xoşu ilə çıxmayanda, yüksək keyfiyyətli yağlardan istifadə etməklə çıxarırlar. Bu məzmunu da kitabın mətninə əlavə etmək olar.

vukkan 2018-06-02 15:25:13

Cox boyuk sehv elemisen... bir yerde

vəkil 2018-06-02 15:25:13

bu adama soz qalmir ki nəisə deyəsən hələ belə əsəbi pozug əqiliçatişmayanin mən ğörmədim bu demək istəyir ki mən çoxbilmişəm əlavə maraq yaradiram ki kitab oxunsun lakin qanmir ki o səviyənin zabitləri oxuduxu kitabdan heç nə qanmayacaqlar...

məmiş 2018-06-02 15:25:13

prosto .....v paqone..

Hacı 2018-06-02 15:25:13

Adama elə gəlir nki, bu polkovnikə nəsə olub və o hərəkətlərini ölçüb-biçə bilmir. Ona məsuliyyətli iş tapşırmaq qorxuludur. Bu adam təcili müalicə almalıdır.

Mehemmed 2018-06-02 15:25:13

ola biler zamaninda bu kiwi aqilli bawli biri olub, ama inanin ki deyesen aqlin itirib.

Son yazılar