XOŞ GƏLDİN

Dərc olunub: 16/09/2018 - 01:47

nuredd

Nurəddin İSMAYIL

Yaddaşlarda silinməyən izin var,
Ürəklərdə atəş saçan közün var,
Hər türküdə sənin əziz, sözün var,
Şanlı türküm, Nuri paşam xoş gəldin.

Sən gəlməsən dərdli Bakım, gülməzdi,
Xain düşmən, türkün gücün, bilməzdi,
Şəhid ruhu, əbədiyyən ölməzdi,
Şanlı türküm, Nuri paşam, xoş gəldin.

Dastan yazan iki ad var, qoşadı,
Biri Ənvər, biri, Nuri paşadı,
Ər doğuldu, ərlər kimi yaşadı,
Şanlı türküm, Nuri paşam xoş gəldin.

Məzarında hər il açan, güllər var,
Zəfərinə nəğmə qoşan, dillər var,
Bayrağını uca tutan, əllər var,
Şanlı türküm, Nuri paşam xoş gəldin.

Zülmət gecəm, nur eşqinlə yarıldı,
İstiqlala gedən yola, varıldı,
İki qardaş, bir-birinə sarıldı,
Şanlı türküm, Nuri paşam, xoş gəldin.

15.09.2018.


loading...




Fikrinizi bildirin