BAKININ ƏN MƏŞHUR GECƏ KLUBU BAĞLANDI!  - Ərəb turistlərin sevimli məkanı idi... (VİDEO) 

Bakının ən məşhur gecə klublarından olan “İnfiniti” ötən ilin sonlarında tam şəkildə qapadılıb. Bu barədə xəbər “Azpolitika”ya məlumatlı mənbədən daxil olub.

Məlumata görə, ötən ilin sentyabır ayının sonlarında klubun bağlandığı elan olunsa da, “İnfiniti” müəyyən qrup müştərilərə xidməti davam etdirib. Daha doğrusu, əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan “elit müştərilərə” və varlı turistlərə “İnfiniti”nin qapıları açıq olub. Ancaq bu da çox çəkməyib.

Ötən ilin dekabrında dövlət orqanları (konkret qurumun adı çəkilmir-müəl.) tərəfindən klubun tam dayandırılması, hətta içinin belə boşadılması tələb olunub. Bundan sonra klubun fəaliyətinə son verilib.

Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun bağlanmasının konkret səbəbi açıqlanmayıb.

Ancaq bunun səbəbinin klubda əxlaqsızlığın əndazəni aşması, burada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı olduğu ehtimal olunur.

Xatırladaq ki, bir müddət öncə İraqdan olan blogerin “İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda "İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu.

Həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığının elan olunması, bir müddət əvvəl isə tam qapadılması "İnfiniti” və oxşar klublarda baş verənlərin "yuxarılarda" da narazılığa səbəb olduğunu düşünməyə əsas verir. Bunu Azərbaycana ərəb turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də təsdiqləyir.

Qeyd edək ki, ərəblərin, xüsusən də İraqdan gələn turistlərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər.

Görünür, bu müraciətlər nəticəsiz qalmayıb. Müvafiq qurumlara bu cür hallara son verilməsi üçün tapşırıq verilib. Mümkündür ki, "İnfiniti” və oxşar gecə klublarının bağlanması, İraqdan gələn turistlər üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də bununla bağlı olub.

AzPolitika.info

635x100

Şərhlər

sual 2019-01-10 11:12:47

bu obyekt hələ 1993-çü ildə roman nəsibov adlı 1-çi qurup qarabağ əlilinə məxsus olub. sonra onu qanunsuz sərəncam əsasinda flora kərimovaya veriblər hansı ki həmin ərəfədə roman qarabağda döyüşürdü. bundan sonra isə flora həmin obyektdə bir iranlı ilə şərik olub belə hoqqabazliqla məşxulluq yaratmağa müvəffəq oldu. biabırcılıq dəyilmi ya?

YƏNİ BU erməni-XAİES QARAÇI TAYFASI: 2019-01-10 11:12:47

İYRƏNÇİ-PARAZİTAR bir məxluq kimi hara gedir oranı murdarlayırlar...

AZƏRBAYCANA GƏLƏNLƏR 2019-01-10 11:12:47

ƏRƏBLƏR DEYİL erməni-XAİES MUNDARLARƏDƏR!

Vetendash 2019-01-10 11:12:47

Hami cox gozel bilir. Bu harda yerleshir ve hansi Icra bashcisinin kurekeninindi

G M 2019-01-10 11:12:47

Xalqın,yaxud da Ziyalıların müraciəti əsasında əxlaqsızlıq yuvasının bağlanması inandırıcı görsənmir.Ya hansısa ``kitabı bağlanmış `` məmurun,yaxud da ``haqqı`` gecikdirildiyindən qapanması daha çox həqiqətə uyğun olar.Razılaşmadan sonra daha eybəcər fəailiyyətə başlayacaq.

EJDER 2019-01-10 11:12:47

HESAB EDIREM KI,MURACIYETLER,WIKAYETLER BOW WEYDI...BU HOKUMETDE HER WEYI PUL HELL EDIR.HALAL ,HARAMDI FERQ ETMEZ,LUKAWENKO CANI...BAWQA ADLA ACILACAQ.WEREF,WOHRET ORDENLI MEMURLARIMIZIN VETENPERVER GUL BALALARI BES HARADA KEYF ELEMELIDI...IWSIZ QALAN QADINLAR.NARAHAT OLMAYIN,KEYF ELEYIN...

çina 2019-01-10 11:12:47

Belə yerlər hamısı məmurların krışalığınan işləyir.onların yiyələrirni də,krışalarını da ...........

Mirzə AĞ 2019-01-10 11:12:47

Ümumiyyətlə, bu cür ərəblərin ayaqlarını Azərbaycandan kəsmək lazımdər! Onlar çox iyrəncdirlr...

Rza 2019-01-10 11:12:47

O həmin obyektləri işlədən başqası olsa da, krışası ya kirayə verənin əksəriyyəti talançı məmurlardırlar. Deputat demirdimi faişəxanaları leqallaşdırmaq lazımdır.

Son yazılar