Virtual uşaq yaradıldı - Video

Baby X – kiçik qızın interaktiv animasiya modelidir.

Okland Universiteti yanında fəaliyyət göstərən Animasiya texnologiyaları laboratoriyasının əməkdaşları virtual uşaq yaradıblar, bu uşaq özüntərbiyə bacarığına malikdir.

Oxu.az Hi-news.ru-a istinadən xəbər verri ki, Baby X - kiçik qızın interaktiv animasiya modelidir.

Bu uşaq ətraf dünyanı kompüterə quraşdırılmış kameranın yardımı ilə görür və mikrofonun köməyi ilə eşidir. Real zamanda kiçik qız tanış sözlərə reaksiya verir, bu sözləri bu və ya digər obyekt, hərəkətlər, təsvirlərlə assosiasiya edə bilir. Demək olar ki, Baby X onun yaşında olan real uşaqlar kimi tərbiyə edilir.

Baby X – Yeni Zellandiya laboratoriyasının çoxsaylı layihələrindən biridir. Tədqiqatçılar daima insan simasının animasiyasını təkmiləşdirir, insan obraz və mimikasını tanıyan texnologiyanın təkmiləşdirilməsi ilə məşğul olur, eləcə də paralel olaraq digər bir çox maraqlı məsələlər üzərində işləyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar