ELİNANIN ÇANTASINA PSİXOTROP TABLETKANI KİM QOYUB? - Xalidə Bayramovaya AĞIR suallar? + VİDEO

Xalidə xanım, vicdanınızı necə susdura bildiniz?

Bakı şəhəri 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən atılıb, intihar edən məktəbli Elina Hacıyevanın ölümü ətrafında müzakirələr səngimək bilmir. İstintaq gedir. Cəmi bir nəfərin, məktəb direktorunun ev dustağı olması barədə qərar çıxarılıb. Mənə qalsa həm ədalətlidir, həm ədalətsiz.

Ədalətlidir ona görə ki, hadisə məktəbdə baş verib. O, xanım direktor olub. Uşağa ehtinasız, diqqətsiz yanaşıb. Hadisədən sonra da bağışlanmayacaq səhvlər, günahlar törədib. Cəza almalı idi.

Ədalətsizdir ona görə ki, direktor, cəza almalılar arasında ən zəif bənd idi. O mənada ki, həkimlər Səhiyyə Nazirliyinin, hadisə yerində olan Səbail rayon icra başçısının müavini Xalidə Bayramova idarəçilik orqanlarının himayəsində qaldı. Bircə təhsil naziri direktor haqda ədalətli qərar verdi, öz kadrının müdafiəsindən və himayəsindən məhz günahı olduğu üçün əl götürdü.

Həkimlər hələlik susur, məsələ ilə bağlı adı hallanan Səbail icra başçısının birinci müavini Xalidə xanımsa danışıb. Danışıb deyəndə ki, yazılı müraciət yollayıb. Hara və kimə?! Ölkədə bu qədər media strukturu arasında Meydan TV-ni seçib. Müraciəti oxuduqca adam heyrətə gəlir. Ölkədə az qala özünü ədalət “simvoluna” çevrən Meydan TV-nin mövqeyinə, həm də xanım müavinin fikirlərinə. O müraciətdə dedikləri haqda media adamı olaraq xanım Bayramovaya, onu müdafiə edənlərə, müraciəti yayıb, sualları verməyən meydançılara, çoxlu suallarım var…

- "Meydan.tv" müraciətdə yaranan sualları Xalidə Bayramovaya niyə verməyib?

- Xalidə xanım "Meydan.tv" ilə üzvü olduğu siyasi komanda arasındakı münasibətdən xəbərdardırmı? Onu Azərbaycanın qara piarçısı "Meydan.tv"-yə aparan hansı səbəb olub?

- Xalidə xanım müraciətində deyir ki, belə hadisələrdə sonradan şəffaflığı təmin etmək üçün telefona çəkmək təcrübəsi var. Maraqlıdır, bu günəcən neçə olayı çəkib?

- Bu hadisədən sonra Səbailin icra başçısı ona işdən getməyi təklif edibmi? Edibsə cavabı nə olub?

- Xalidə Bayramovanın müdafiəsinə qalxanlar, xüsusən hakim YAP-dan deputat Aydın Mirzəzadə onu müdafiə edərkən düşünmədimi ki, o, partiyasının susub müşahidəyə üstünlük verən liderinə qarşı getdi və bu kənardan çox eybəcər göründü?

- Xalidə xanımın çəkilişində əks olunan səs, "inşallah sağ qalmaz” deyən kimin idi və kimi nəzərdə tuturdu?

- Xalidə xanım deyir ki, xəstəxanada olub, maraqlıdır hansında, toksikologiyada, yoxsa travmotologiyada?

- Xəstəxanada sadəcə müşahidə etmədim deyən Xalidə xanım, görəsən uşaq səhv xəstəxanaya yönəldiləndə niyə susub?

- O həkim uşağın ailəsinə yalanı sizin yanınızdamı deyib, Xalidə xanım?

- Ümumiyyətlə, ailənin aldadılmasını bilirdinizmi? Bilirdinizsə niyə susdunuz? Bilmirdinizsə niyə tələb etmədiniz ki, real vəziyyəti onlara desinlər?

- Can verən uşaq həkimlərə yalan məlumat verən vəzifə sahibi olan qadınları söz deyə bilsə də satmayanda, çox, lap çox maraqlıdır, Xalidə xanım və ordakı digərləri az da olsa xəcalət çəkiblərmi?

- Elinanı zarıyan, yaralı, kimsəsiz görəndə ana, qadın, insan olaraq Xalidə xanımın gözündən bircə gilə də olsa yaş gəlibmi?

- Uşağın xəstəxanaya getməsinə iki saat maneçilik törədilib. Niyə göz yummusunuz ki, Xalidə xanım?

- Çoxdan düşünürdüm, "Meydan.tv" təkcə xaricdəki yox, həm də Azərbaycandakı xeyli adama öz məqsədi üçün lazımdır. Elina cinayətində üzə çıxan bu detalı istintaq nəzərə alır və araşdırırmı?

- Xalidə Bayramovaya, dövlət qulluğunda olan birinə, "Meydan.tv"-yə get" məsləhətini hansı “dostu” verib?

- Hamının agzina məsələ ilə bağlı az qala "qapaq vuran" istintaq, prokurorluq nə əcəb, Xalidə xanımın "Meydan.tv" ilə əməkdaşlığına mane olmayıb?

- Xalidə xanım, uşağın yıxılmağını gizlədənlərə ortaq, həkimləri zəhərlənmə səbəbi ilə aldadanlarla çiyin-çiyinə necə dözdünüz? Vicdanınızı necə susdura bildiniz?

- Uşağa psixotrop tabletka verilməsi iddiası nə qədər həqiqətə uyğundu Xalidə xanim? Deyirlər hələ uşağa narkoman adı qoyulsun deyə birini də çantasına qoyub kimsə? Düzdürmü?

- Xalidə xanım, siz “həsribasma dolanıb gəlməklə”, yəni mediaya cıxışınızı dövlətə, dövlətçiliyə qarşı guya ən sərt söz deyən "Meydan.tv"-dən başlamaqla, nə demək istədiniz? Azərbaycanda media strukturu yalnız "Meydan.tv"-dən ibarətdir, yoxsa siz özünüz də onlardan olduğunuz üçün belə etdiniz?

- Xalidə xanım, niyə hamıya əvvəl "mən deyiləm" deyib, indi ordakı qadının siz olduğunu etiraf etdiniz? Yalan nəyə lazım idi?

- Özünüzü sudan quru çıxarmaq istəyirsiniz, guya günahınız yoxmuş, safsınız. Xalidə xanım, siz Elinanın ruhu qarşısında da saf və vicdanlısınızmı?

...Ən sonda, bilirsinizmi, Xalidə xanım, Elinadan danışanda, yazanda, özünüzü adamlara təqdim edəndə, sıyrılıb cəzadan qaçmağa çalışanda "bu qadındakı soyuqqanlılığın bircə faizi məndə olmuş olsaydı", dedim…Dərhal da düşündüm ki, olsaydı yəqin bu yazı yazılmazdı. Və yəqin, elə mən də azı sizin rütbədə, bəlkə hələ sizdən də yüksək vəzifədə olardım. Şükür, yaxşı ki, deyiləm. Yaxşı ki, illərlə yığdığımı (məndə olan hörmət və dostlardır, sizi bilmirəm-J.M.) bir balaca qızcığaz, Elina, “vurub dağıtmadı”… Sizi ölsə də yerlə bir elədi amma…

Jalə Mütəllimova (musavat.com)

Şərhlər

Müəllimē 2019-04-22 08:33:59

Gørəsən Elinaya 40 mərasimi təşkul olyndu?gørəsən istintaq nē yerdədir?uşaq üçün təcilu yardım əvēzinə icra başçısının müavinini çagırıb ona øldürücü dērman içizdirib sonra da "sag qalmaz.ølər inşēallah " deyənlēr rahat yata bilirlērmi?

seymur 2019-04-22 08:33:59

Mehriban xanim xalqi bu rushvetxor daqidici 70 yashli yaritmaz filiyet qosteren nazir oqtay shireliyevin alinden qurtar bu Ramazan ayi savab qazanarsiz

zemfira 2019-04-22 08:33:59

yuxarıdakı tələblər-təhqir etməmək gözəldir,amma o adamlara aiddir... S.Abbasova,X.Bayramova,o həkimlər,psixoloq,sinif rəhbəri,uşaqlar,valideynlər,o yazıq qızcığazı təhqir və sözlərinizlə döyə-döyə öldürdünüz...25 il bundan əvvəl çox bərk gedən ginekoloqlardan biri kasıb xəstələrə baxmırdı,onlar xəstəxananın koridorunda doğur,yiyələri gəlməsə heç bir yardım etmirdi,onun oğlu avariya düşəndə yiyəsiz bilib tualetin döşəməsinə uzatmışdılar,anasına xəbər çatana qədər uşaq ölmüşdü,anası hər yeri sindirdı,amma naf

Mujgan 2019-04-22 08:33:59

Əminəm ki, istintaq işi hər xırdalığına qədər araşdıracaq. Günahkarlar layiqli cəzasını alacaqdır. İlahi ədalət deyilən bir şey vardır. Heç olmasa onu düşünsün bu müavin "xanım". Susub oturmasın! Günahını etiraf etsin!

Vefa 2019-04-22 08:33:59

Elbette ki, zerre qeder medeniyyeti varsa, istefa vermelidir. Bir birini tekzib eden musahibe verdi ve iwini bitmis bildi. Neyi gözleyir???? Kiminse qalib onu müdafie edeceyini???

Mehriban 2019-04-22 08:33:59

Düzdü, son sözü istintaq deyecek. Amma Xalide Bayramova Elinani intihar heddine çatdiranlar qeder günahkardir!

Lale 2019-04-22 08:33:59

Açdigin her yaradan, hesab sorar YARADAN!

Köhnə kişi 2019-04-22 08:33:59

Əgər bu yazlan və deyilənlər doğrudursa, onda bu arvad ......!

Ana 2019-04-22 08:33:59

Göresen bir-birinin ardinca ferqli müsahibe veren Xalide Bayramova Elinanin yerinde öz övladini bir anliga tesevvur etdimi? Heç olmasa vicdani ile üzbeüz qaldimi? Bu isin ciddiliyini derk etdimi? Bir ana kimi menim üçün çox maraqlidi.

Gülnar 2019-04-22 08:33:59

Jale xanim, sizin yazdiginiz suallar son günler cemiyyetin her üzvünü düsündürür. Çox agir bir sok keçirdik. Amma qeyd edim ki,bu hadisede Elinanin facieli ölümü qeder Xalide Bayramovanin müxtelif obrazlarda özünü teqdim etmesi de insanlari soka saldi. Buna hele de Bir ad vermek mumkun deyi: bir qadin, ferqi yoxdu mövqeyi Ne olur olsun. Memur, ziyali, bisavad, fehle, her kim! Söhbet insan faktorindan gedir! Insan bu qedermi hissiyyatsiz, merhemetsiz, qeddar, soyuqqanli olar? Anlamaq mumkun deyil!..

Yegane 2019-04-22 08:33:59

Biz birlik olub hamimiz öz ovladimizi duwunub sözümüzü deseydik bele insanlari mudafie eden olmazdi.Menim balama qarwi olsa idi onu öz ellerimle ....Mehriban xanim bir ana kimi bu iwle bagli tedbir gorecek.Buna bütün qelbimle inaniram.Balaca qizcigazin ahini Allah yerde qoymayacaq.Inwallah

Babək 2019-04-22 08:33:59

Xalidəyə görəsən müstəntiqlər bu sualları veriblərmi? Narahat olmasınlar. Verməsələr məhkəmədə veriləcək!!! Xalidənini siyasi tərbiyəsi olsa ərizə yazıb işdən çıxçalıdır. En azındam etiraf etməlidir ki, mənəvi məsuliyyətim var. Ancaq bu Erdpğanən qabağına hoppanam Calidədosə çətin o çədəniyuəti sərgiıəyə...

Mensure 2019-04-22 08:33:59

Xalide Bayramovada bu suallari cavablandira bilecek cesaret varmi? Özüne imic yaradib tedbirlerde yuxaridan awagi baxmaqla deyil! Cavab versin! Bir körpe qiz heyatindan gedir söhbet! Mehv olmus bir insan heyatindan! El -ele verib mehv etdikleri yeniyetmeden! Ne vermisdiler ala bilmediler o usaqdan? Axi 13 yasli bir qizcigaz niye dar etmisdi bunlarin yerini ki, “Insallah sag qalmaz” dedirtdi bunlara?! Melumdur ki, mektebin ditektoru olan refiqesinin emelini ört basdir etmek üçün getmisdi. Bu hamiya melumdu.

Dr.AGAOGLU 2019-04-22 08:33:59

YEQIN BUNUNDA CƏZASI- "AYIB OLSUN" OLACAQ.

Mirzə AĞ 2019-04-22 08:33:59

Olmayan vicdanın susdurulmasından danışmaq əbləhlik olardı...

Veteran 2019-04-22 08:33:59

Yazi muellifi Jale xanima tewekkurler. Hesab edek ki, istintaq hetta yada duwmeyen meqamlar barede de bu xanima suallar verib. Xalide xanim siz umumiyyetle aciqlama vermeseydiz daha yaxwi olardi. Ele ki, agzinizi acdiniz gorduyunuz kimi size verilecek suallarin sayi hesabi bitmir. Jale xanim o qeder sual unvanlayib ki, bu defe siz birine cavab yazssaz o biri yaddan cixacaq. Ona gore de size bir meslehet verim. Birinci defe oldugu kimi ikinci aciqlamanizdan da imtina edin, atin boynunuzdan getsin. Deyin men bele aciqlama vermemiwem. Sosial webekedeki butun VICDANLI insanlar size anlayacaq, burda ne varki?

SABIR NAQIYEV 2019-04-22 08:33:59

NŞALLAH HAQQ ƏDALƏTİ BƏRQƏRAR EDƏCƏY İ N Ş A L L A H ALLAH GÜNAHGARLARİN BƏLASİN VERSİN

Elli 2019-04-22 08:33:59

Jalə Mütəllimovanın suallarının məhkəmədə cavabını gözləyiyirəm. Günahsız balanın, Elinanın ruhu bu işdə günahı və əli olan bütün "insanları"(icra hakiminin müavini,direktor,həkim)sakit yaşamağa qoymaz və qoymayacaq. Bunu bilin ki, sizin yerdə qalan ömrünüz səksəkə və qorxu içində keçəcək. Əgər könüllü surətdə günahlarınızı boynunuza alıb cəzanızı çəksəniz, bəlkə böyük Allah sizi bağışlayar, həm də qəlbinizi və vicdanınızı rahatladarsınız. Qoy günahkarlar öz cəzalarını alsınlar, əgər ədalət varsa!

Əli 2019-04-22 08:33:59

Meydan TV nə vaxt dövlətin əksinə çıxıb bu nə uydurmadır.Sizə etirazım yoxdur amma Meydal radikaldır ancaq o da orqandə hamınız bir olsanız onda hamınızı bağlayaq bir məmbədən informasiya paylansınvəssalam.Meydan TV bütün AZTVlərdəm obyektivdirCinayətdir mi meydan TVyə müraciıt etmək? Sizdən bir xahişim varGörmüsünüzmü ki hansısa bir İcra işçisi kiminsə əlindən tutsun,kimə sə təmənnasız yardım etsin ya da vətəndaşın qanuni xahişinyerinə yetirsin.Misal çəkə bilərsən mi onların təmənnasız iş görənini varmı?

Veteran müəllimə. 2019-04-22 08:33:59

Bəli!!!məsəkə də elə budur da!!!Təcili yardım niyə 2 saatdan sonra çagrılıb?niyə o MƏMURU gøzləyiblər??nə hədlē uşaq doprosa tutulub.niyə uşaga dərmanlar barədə suallar verilir sanki hazırlayırlar ki uşagı narkoman kimi qələmə vwrsinlēr niyə uşaq voobşe asfaltın üstündən qaldırılıb direktorun otagına apaeılıb?niyə çantası partanın üstündən gøtürülüb və araşdırilib?niyə vootsabı silinib?niyə aafaltdan uşagın qanı yutulub? Cənab Prezidentin gøstərişi ilə bütün suallara istintaq aydınlıq gətirəcək və

FEMİDA 2019-04-22 08:33:59

Xalidə xanım ALLAH sənin də ......Onda bilərsən ki, başqasının balasının ölmünə səbəb olmaq nə demək...Səndə vicdan varsa gərək özüvü ən hündür binadan yerə atasan....Allah bəlanı verəcək

omer 2019-04-22 08:33:59

Yazar muellim xanim vezifeli wexse tutdugunuz iradlarin hamisi ile 4elli razi..meydan tv nin de ona sual vermemeyi ile iradlariniz ela...amma umumi yazida xanima qarwi deyil,esasen sizi yandiran mesele muracietin medandan olmasidir..meydan tv duzgun ve hec ki.le meslehet etmeden muracieti verib..o xanimda ele buna gore meydani secib.yeqinki..bu siziniye maraqlandirir bilmirem..amma esas olan suali heleki o xanima veren yoxdur..yeni xeber tutan kimi niye hekim cagirmayib..,?esas olan budur.uwaq mertebeden duwub.durub ozo yeriye bilse bele ilk novbede tecili hekim cagrilmali idi..basciya xeber vermemiw.,hadise yerine getmemiw hekim cagirmayibsa bu boyuk cinaetdir mence..

kamran 2019-04-22 08:33:59

JALƏ XANIMA TƏŞƏKKÜRLƏR! ARTIQ SÖZ DEMƏYƏ EHTİYAC QALMADI- SÖZ XALİDƏ BAYRAMOVANINDIR! JDYOMS!!!

EJDER 2019-04-22 08:33:59

BELI ANALOQU OLMAYAN YAP CILAR PARTIYASININ ,,WEREF,,WOHRET ,,ORDENLI NUMAYENDELERIN BARIZ NUMUNESI XALIDE BAYRAMOVA...INAN MEN WEXSEN SIZIN BU SEHVINIZE,HEREKETSIZLIYINIZE HIDDETLENIREM...VICDANI OLAN WEXS SEHVINI ETIRAF ETMELIDI...YAP CILAR,GOP CULAR PARTIYASI....IRELI.BU QEDER...NECE INKIWAF ELEMEK OLAR,GULMELIDI

t.ədalət 2019-04-22 08:33:59

YAP öz sıralarına gör kimləri qəbul edir?Biz,uşaqlara qarşı bu cür vəhşiliyin Xocalıda şahidi olmuşuq.Təmiz türk qanı olan birisinin bu qədər zalımlıq etməsinə inanmaq çətindir.Məgər,bu adam bilmir ki,laborator təhlil zamanı uşağın psixotrop dərmandan istifadə edib-etməməsi aydınlaşdırılacaq?Xalidə deyilən qadın,maraqlıdır ,bu dərmanlar haqqında haradan məlumatlıdır?Bəlkə özününküləri qızın çantasına yığıb?

rauf 2019-04-22 08:33:59

Jale xanim bele gorunur ki, sizi en cox narahat eden Elinaya qarsi olan haqsizliq yox,muracietin hara gonderilmesidir. Aliqislamaq lazimdir siralar genishlenir Real TV,Yeni Musavat ,Haqqin Az,... >Meydan TV

Letla 2019-04-22 08:33:59

Молодец Жаля х,вы все точно указали

Filosof 2019-04-22 08:33:59

Duz deyirsen tutdugun vezife senin profilin deyil Sen get Meydan tv.de iwle. Avtoqeza baw veren hadise yerlerinden reportaj hazirla,can veren insanlardan musahibe al, olum aninda olan insanlari cekmek tecruben var axi. Birde "obyektivlik" ucun topladigin "videodelillerde" senin qulaginin dibinde dayanib qizcigaza olum arzulayan wexsin kimliyini istintaqa demeyi unutma. Elave xerc cekib bunu ekspertiza niye arawdirsinki. Onlarin senin kimi VETENPERVER komekcileri var

Nigar 2019-04-22 08:33:59

YAP üzvü olan memur Bayramova neinki öz selahiyyetlerini, partiyaliligini hetta insanligi da unudub. Görünür onu yalniz mekteb direktorunun emelini ört basdir etmek maraqlandirib daha çox. Sebeb de ne ise, maraqlidir? Yoxsa neçe neçe hadiseler olub, hansi birine ilk qaçan Xalide Bayramova olub???

Son yazılar