YOL POLİSİ İNDİ DƏ PİYADALARDAN RÜŞVƏT ALIR! - "Hərəyə 10 manat verə bilirsinizmi?" + VİDEO

Sosial şəbəkələrdə yol polisi əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.

"AzPolitika" "Oxu.Az"-a istinadla xəbər verir ki, görüntülər Bakıda qeydə alınıb.

Videodan aydın olur ki, yol polisi iki gəncdən 10 manat pul alaraq onlara qanunla nəzərdə tutulan protokolu yazmır.

Hər iki piyada ayrı-ayrılıqda 10 manat verərək polisi razı salıb ərazidən uzaqlaşır.

Qeyd edək ki, yolu təyin olunan yerdən keçməyən piyadalar üçün 20 manat cərimə nəzərdə tutulub. Cərimələnən hər bir şəxs yazılan protokola uyğun olaraq banka ödəniş edir.

Məsələ ilə bağlı saytın əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovdan açıqlama almağa çalışsalar da, cəhdləri nəticəsiz qalıb.

Beləliklə, təqdim olunan videodan açıq görünür ki, DYP əməkdaşları sürücülər bir yana, artıq piyadalardan da rüşvət yığmağa başlayıblar. Bu fakt DYP sistemində dərin islahatların zəruriliyini bir daha ortaya qoymuş olur.

Şərhlər

MRP 2019-07-04 19:49:44

Polisin rüşvət alması qanun pozuntusudur.Cinayət tərkibi var.Amma piyada yolu düz keçmir rüşvət verir və kameraya çəkirsə o qanunu pozur(inzibati və cinayət).Əgər məsuliyyədən söhbət gedirsə piyada daha çox qanun pozub.

AAgahuseyn 2019-07-04 19:49:44

YOL polisinin xüşvət alması təzə hal deyil.YPİ-nin yanında LÖKBATANA düşən yolda dayanır və rüşvətlə sürücü vəsiqəsi verdiğləri sürücülərdən rüşvət yıqırlar cünkü onlar yol hərəkət qaydasın bilmirlər.Hətta özünü Prezidentin maşın karvanın ötürən ekipaj qələmə verən maşınlar LÖKBATANA qədər ğəlirlər.

Sürücü 2019-07-04 19:49:44

İllərdir ki, rwşvətlə məşğul olan qurum kimi mşhur olan Dövlət yol polisi rüşvəti adi hal saydığı hamıya bəllidir.SÜrücülük vəsiqəsinin alınması üçün imtahan,avtomobillərin qeydiyyata alınması,Yol hərəkət qaydalarının pozan sürücülər əksərən rüşvətlə hər gün üzləşir.Guya DİN-də bundan xəbəri olan yoxdur? Bu bir növ razılaşdırılmş,hesab-kitabı,hesabatıı olan rüşvət piramidası Azərbaycanda hamıya bəllidir.Ancaq nədənsə hamıya məlum olan vəziyyət davam edir.

dadaşyev 2019-07-04 19:49:44

A kişilər,indi deyil,bu qayda qüvvəyə minən gündəncə bu iş DYP üçün rüşvət bazarına çevrilib.Dəfələrlə demişəm,yenə də deyirəm ki,bu qanunu ləğv etmək lazımdır.Ya da Avropadakı kimi mimimum əmək haqqının yüzdə birindən çox olmamalıdır cərimə.Avropadan təpəsi üstə götürmüşük bu qanunu,daha düşünməmişik ki,misalçün İsveçdə,Norveçdə keçid olmayan yerdən keçəni 20 avro cərimə edirlər,amma o ölkələrdə 2200 avro minimum əmək haqqıdır.Yəni yüz birdə biri.Maaşım adam kimi verilirmi ki,cəriməmi də rüşvətsiz ödəyim?

dadaşyev 2019-07-04 19:49:44

davamı;Minimum əmək haqqının heç 150 avro olmadığı bizim məmləkətdə bu nə fantastik cərimədir?Cərimənin miqdarında Avropaya bənzəmək istəyənlərimiz yoxsa elə bilirlər ki,Avropanın bizim maaş-pensiyalarımızın miqdarından xəbəri yoxdur?Nə adam kimi maaşımız var,nə adam kimi pensiyamız,nə adam kimi uşaq pulumuz,nə adam kimi sosial yardımımız,nə Zimbabve və Cibutidəki kimi tibbi sığortamız,amma küçəni təyin olunmayan yerdən keçəni tutub cibindəki olan-qalanını alıb cibimizə dürtüşdürən kimi Avropalı olduq?

Son yazılar