BƏXTİYAR HACIYEV QƏLƏMİNİ PAŞİNYANA VERDİ - “Aldıqlarınızı qaytaracaqsınız” + VİDEO

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyana Qarabağla bağlı sual ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, onlar Paris Sülh Forumunda bir araya gəliblər. Azərbaycandan gəldiyini, Ermənistanda anadan olduğunu bildirən Hacıyev Paşinyanı çətin vəziyyətə salıb:

Amma təbii olaraq öz doğulduğum yerə gedə bilməmişəm. Siz münaqişəylə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o özününkünü Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb. Bu zaman B.Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb.

Azərbaycanlı fəal sualının ikinci hissəsini də verib:

“Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş Naziri kimi Xankəndində “Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

B.Hacıyev eyni zamanda xatırladıb ki, Azərbaycan Prezidenti “Dağlıq Qarabağ Azərbaycandır və nida!” ifadəsini də işlədib.

Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək ciddi bir arqument göstərə bilməyib.

Sonradan Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.

635x100

Şərhlər

Cemshid Dereleyezli 2019-11-12 21:07:20

Avropada erməni Baş nazirinə bizim ictimai fəalın vermiş olduğu haqlı suala, onun vermiş olduğu cavabı, sizlərin də dinləməsini istərəm. Bu cavaba münasibətdə isə, öncə onu qeyd edim ki, eşşəyi anqırdan onun "yumuruları" olduğu kimi, Paşinyanı da belə odlu -alovlu danışdıran Rusiyadır. Özü də utanmadan, və həyasızcasına. Nə yazıq ki, erməni həyasızlığının bu həddə gəlib çatmasının günahını özümüzdə də axtarmalıyıq. Çünki,birincisi kim olur-olsun, səbəb nə olur olsun, son iki yüz ildə Azərbaycan olaraq biz əsil düşməni öz adı ilə heç bir zaman çağırmadıq. Bu nədən də Rusiya əzəli Azərbaycan toropaqlarında bir erməni dövlətini yaratmağa müəyyəssər oldu və durmadan da ərazisini bizim hesabımıza genişləndirməkdə davam edir.Əsil səbəb isə, Azərbaycanın böyüməsinə və bütövləçməsinə İran soytarları ilə birgə əngəl olmaq və yaratdığı Ermənistan vasitəsi ilə Rusiyanı Türküyə timsalında NATO sərhədlərindən uzaq tutmaq. İkincisi, biz isə son iki yüz ildə, zamanımızı bizim olanın, bizim olması barədə kitablar yazıb, şeir oxuyub, ağı deməklə xərlədik. Digər yandan isə, yaxin tariximizin son 32 ilində Ermənistandan qovulanları bir köşəyə buraxb, yalnızca Qarabağ barədə danışmaqla kifayətləndik. Bütün siyasətimizi də bunun üzərində qurduq. Dəfələrlə Ermənistadan olan biz ziyalıların "Qarabağın istilası, Dərələyəzin, Zəngəzurun, Göyçənin və digər mahalların ilhaqından sonra başlayıbsa, azadlığı da o yerlərdən, ilk öncə də Zəngəzurdan başlamalıdır" deməmizə rəğmən diqqətə alınmadıq. Nəhayyətdə ölkə Başçısı səviyyəsində rəsmi trubinalardan dilə gətirilməsi ki, Azərbaycan öz əzəli torpaqlarına, İravana. Zəngəzura, Göyçəyə qayıdacaqdır və bu bizim strateji hədəfimizdir, deməsindən sonra kimlərsə bu yöndə danışmağa başladı. İndi Paşinyanın Bəxtiyar bəyə verdiyi cavabda Cənab Prezidentin o fikirlərinin, xüsusən də Zəngəzurun üzərində durması, gösterir ki, söylənilən fikir hədəfə dəyib. Deməli, düşməni həmişə qorxduğu yerdən vurmaq lazımdır. Təssüflər olsun ki, biz xüsusən də Ermənistanlılar Ölkə Başçısının vurmuş olduğu bu zərbəni, yəni ortaya qoymuş olduğu bu mövqeyi öz əməli fəaliyyətimizlə dəstəkləmək və bu yondə onun siyasətinə yardımçı olmaq üçün, yenə heç bir əməli fəaliyyətdə bulunmadıq. Əksinə, yenə də kimlərin isə sehirli çubuğu ilə bəzi soydaşlarımız ayrı-ayrı birliklər, cəmiyyətlər qurub, bu toplumu əsil hədəfdən uzaqlaşdırmaq üçün boş-boş işlərlə məşqul olmağa başladılar. Mən üzümü o qrup və cəmiyyətlərə girib-cıxanlara tutub, səslənirəm, lütfən bizi Ölkə Başçısının Qərbi Azərbaycanla bağlı ortaya qoymuş olduğu strateji hədəfdən yayındırmağa səy göstərənlərin oyununa gəlməyin. Unutmayın ki, bizim başımızı qatmaq limitimiz çoxdan tükənib.. Bizim bir məqsədimiz olmalıdır ki, bütün toplumu bir araya gətirib, əzəli torpaqlarımıza dönmək yolunda mübarizəmizi ölkə hüdudlarından kənara çıxarıb, Ölkə Başçısının bu yöndəki siyasətinə arxa duraq. . Sonda biz, Ermənilərə Qarabağda Muxtariyyat təklifi ilə paralel, Ermənistanda Azərbaycanlılara da Muxtariyyat verilməsi təklifini irəli sürməliyik. Day Ziyafət Əsgərov kimi, Qarabağın Muxtariyyatını bir tərəfli dilə gətirməməliyik. Lütfən sonunadək izləyin.

Əli 2019-11-12 21:07:20

Bu Hacıyev YAP çıdır yoxsa vicdan məhbusu olan Hacıyevdir.Məncə ikincisidir YAPçının heylə hünəri ola bilməz

Milçək şərhi 2019-11-12 21:07:20

Kremlin Osmanlı iflasından qənimət Kafkas Türkiyəsini və İran iflasından Güney Qafqazı qısqanması təbiidir. "Hüquqi-siyasi günahı özümüzdə axtarmalıyıq" önəmli sualdır! Həmin İcmalar nədən Azərbaycan dövləti kimi rəsmi iddialarını geniş dünya qurumlarından, İnsan Haqları Məhkəməsindən tələb etmirlər. Əksinə, xəyanətkarcasına işğalçı və tərəfdaşları ilə dərin-strateji, özəl əlaqələrə də girirlər? Qalan siyasi dünya aləmi bu münasibəti anlayıb qəbul edə bilmir?

Son yazılar