“Dünya 5-dən böyükdür”- Ərdoğan Qərbi sərt tənqid etdi- VİDEO

"Uşaqların öldüyü dünyada heç kim günahsız deyil"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış edib. Musavat.com-un məlumatına görə, 1-ci Dünya müharibəsinə səhnə olan coğrafiya hələ də hüzursuzluqdan əziyyət çəkir: “İraq, Fələstin, Yəmən, Ukrayna, Suriya... Geniş bir coğrafiya böhran içərisindədir. 21-ci qüzillikdə insanlar aclıqdan, yoluxucu xəstəlikdən ölür, uşaqlar və qadınlar öldürülür. Dünyanın zəngin ölkələri rifah içərisində yaşasa da, yoxsul ölkələr aclıq, qidasızlıq, xəstəliklər və təhsilsizliklə boğuşur”.

Burada, BMT Baş Assambleyasının 69-cu sessiyasında bir daha vurğulamaq istəyirəm: uşaqların öldüyü dünyada heç kim günahsız deyil, heç kimin həyatı təhlükəsiz deyil, heç kim uzunmüddətli sülh və rifah içərisində ola bilməz”, - Ərdoöan bildirib.

Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini də tənqid edib: “Mətbuat azadlığı yoxdur deyə bəzi ölkələri tənqid edənlərin Fələstində öldürülən jurnalistləri görməzliyə vurmasını qınayıram”.

Türkiyə prezidenti bir daha bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olması düzgün seçim deyil: “Dünya 5-dən böyükdür. BMT Təhlükəsizlik Şurasının daimi üzcü olan 5 ölkənin BMT-ni təsirsiz hala salması qlobal vicdanın qəbul edə biləcəyi durum deyil”.

Ərdoğan son günlərin ən çox danışılan mövzusuna – terrora və onun İslam dini ilə əlaqələndirilməsinə də toxunub: “Din adı ilə terror anlayışını heş bir şəkildə dəstəkləmirik. Bu, dinlərə qarşı sayğısızlıqdır. Sülh anlamına gələn İslam anlayışının terrorla yanaşı işlənməsinə qarşı çıxırıq. Eyni şəkildə insanlıqdan kənar aktlara İslam etiketi yapışdıramlar da böyük sayğısızlıq içərisindədir”.

“Suriyanı tərk edən 1,5 milyon adamı torpaqlarımıdan öz imkanlarımızla saxlayırıq. Dünyadan ciddi dəstək gəlirmi? Təəssüf ki, yox. Suriyalı qaçqınlar üçün xərclədiyimiz vəsait 3,5 milyard dolları ötüb. Zəngin və güclü Avropalı ölkələri yalnız 130 min suriyalını qəbul edib. Baxın, 130 min Avropada, təkcə mənim ölkəmdə 1,5 milyon nəfər”.

Ərdoğan bildirib ki, Misirdə xalqın seçdiyi prezident qiyam yolu ilə devrilərkən və verdiyi səsi qorumaq istəyənlər qətlə yetirilərkən BMT-dəli demokratik ölkələr bunu yalnız izləyir və qiyamı leqallaşdırır: “Demokratiya deyiriksə, səs qutusuna sahib çıxaq. Yox, demokratiyanı deyil, qiyamı müdafiə ediriksə, maraqlıdır, BMT niyə var?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar