"FAŞİST ÜZLƏRİNİ BİRLİKDƏ SEYR EDİRİK" - Ərdoğandan sərt açıqlamalar + VİDEO (Yenilənib)

“Yaxın Şərqdə müharibənin genişlənməsini istəyənlər var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

O, Ankara buna qarşı olduğunu bildirib, İsrail və Fələstini ən yaxın günlərdə danışıqlara çağırıb: “Biz sülhün tərəfdarıyıq”.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın terror təçkilatı olmadığını bəyan edib: “HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir qrup mücahiddir”

Türkiyənin dövlət başçısı Netanyahu hökumətini qətliamlar törətməkdə ittiham edərək, İsrailə əvvəlcədən planlaşdırılmış səfərini ləğv etdiyini açıqlayıb.

“Bizim İsrail dövləti ilə heç bir problemimiz yoxdur, lakin biz İsrailin törətdiyi vəhşilikləri və onun dövlət deyil, bir təşkilat kimi fəaliyyət tərzini heç vaxt bəyənməmişik. İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin demək olar ki, yarısı uşaqlardır. Bu onu göstərir ki, məqsəd insanlığa qarşı cinayət törətməkdir”, - Ərdoğan deyib.

O, “ağıl və vicdan sahibi” olan ölkələri “İsraili ağıllandırmaq üçün" Netanyahu hökumətinə təzyiq göstərməyə çağırıb: "Biz Fələstin tərəfinin təminatçılarından biri olmağa hazırıq və regionun bütün nüfuzlu oyunçularının iştirak edəcəyi beynəlxalq Fələstin-İsrail sülh konfransı təşkil etməyi təklif edirik”

Türkiyə dövlət başçısı, həmçinin Qərbin mövqeyini sərt tənqid edib. Həmin çıxışı təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar