ELMAN RÜSTƏMOVUN QIZININ ŞİRKƏTİ 13,3 MİLYON ZƏRƏR EDİB – Londonda yerləşir + FOTOFAKT

Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.

"AzPolitika" yeniavaz.com”a istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən "Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 milyon 195 min 983 funt-sterlinq (13,3 milyon manat) zərər etdiyi göstərilir.

Qeyd edək ki, 28 aprel 2005-ci ildə "Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən "Gyunel Limited” növbəti maliyyə hesabatını da 33 gündür təqdim etməyib.

Onu da bildirək ki, bu şirkətin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı Cümə Əhmədzadə olub.

Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova ilə Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə evlidir.

Günel Rüstəmova

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan "Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.

635x100

Şərhlər

Yazı və şərhlərə 2024-03-07 09:56:15

Məhkəmənin təsdiqləmədiyi hər hansı anti-hüquqi şəxsi xəbər uydurma, iftira-böhtan sayılmazmı? Əhmədzadə AzSSRdan dövlətin toxunulmaz Şəxsiyyəti olub. Baş Problemi bütöv Cəmiyyəti pozuculuqdan hifz etmək deyilmi? İstər Kimlərinsə Əhmədi, istərsə də Kimlərinsə Elmanı övladlarının və cəmiyyətlərinin nə günahı?

Əfraim 2024-03-06 18:00:36

Bir qrup əsli bəlli olmayan,hakimiyyətə soxuşdurulub,ölkə talan olunub.xaricə daşıınır.heç biri msuliyyəə alınıb oğurladıqlarnın ölkəyə qaytarılmasını n təmin edlməsini düşünən.prakriki hərəkt etmək istəyən yetkili gözə dəymir.Bəs möhtərəm Prezident bu sahədə lazımi Fərman verib,ölkədən oğurlanan və kimlərin oğuradığı bəlli olan sərvətlətn qaytarlmasnın təmin ounmasını təşkil edilmir?

Dadashev 2024-03-06 17:08:12

Hamisi agilli ve uzag goren siyasetin behresidi. Ne istiyirsiz?

Mustafaoğlu 2024-03-05 23:01:39

Bu ölkədə belələri At oynadırlar !

Vətəndaş 2024-03-05 18:41:18

Bu ölkəni bazara bu məmurlar çevirdi....

Vətəndaş 2024-03-05 13:44:20

Bunların sifətlərinə baxanda........Azərbaycanda neft pullarının vətəndaşlar arasında nə qədər "ƏDALƏTLİ" bölündünyünə "inanırsan"..............

Son yazılar