SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO

Azərbaycanda “neft bumu” dövründə külli miqdarda vəsaitlər əldə edən məmurların bir çoxu sərvətlərini ölkədən çıxarıb. Onların sorağı Avropanın dəbdəbəli paytaxtlarından gəlir. Onlar bahalı daşınmaz əmlakların, milyonlarla avro dövriyyəsi olan şirkətlərin sahiblərinə çevriliblər. Bəzən işləri o qədər uğurlu getməsə də bu, onların zəngin həyatına təsir etmir.

Məsələn, bu gün mediada yayılan məlumatlardan məlum olur ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı və "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti ötən ili zərərlə başa vurub. Zərər bu çevrələr üçün o qədər də böyük rəqəm deyil: cəmi 6 milyon 195 min 983 funt-sterlinq. Manatla ifadə etsək, 13,3 milyon manat.

Əhməd Əhmədzadə 1994-cü ildən 2021-ci ilə qədər Azərbaycanın su təsərrüfatına rəhbərlik edib. 30 ilə yaxın müddətdə bu sahəyə daxili və xarici mənbələrdən milyardlarla manat sərmayələr qoyulub.


Amma gəlin su təsərrüfatındakı bugünkü durumuna dair Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun fikirlərinə diqqət edək: “Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik. Azərbaycanda su borularının 50 %-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik. Su itkilərimiz 39 %-dir. Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20 %-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 %-dir. Bunu sıfır etmək mümkün deyil...”

Beləliklə, Z.Mikayılov su təsərrüfatında ciddi problemlərin olduğunu deyir. Dövlət indiyə qədər hər il bu istiqamətdə yüz milyonlarla dollarlıq əsaslı vəsait qoyuluşu həyata keçirdiyi halda, hələ də az qala ölkənin büdcəsi qədər sərmayə lazımdır? Bəs niyə buna ehtiyac yaranıb?

Deməli, uzun illər ərzində bu istiqamətə yönəldilən vəsaitlərin müəyyən hissəsi “havaya” sovrulub, daha doğrusu Londona və s. Avropa paytaxtlarına daşınıb, orada daşınmaz əmlaka, şirkətlərin kapitalaşmasına yatırılıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsəlinin əldə etdiyi sənədlər əsasında verdiyi məlumata görə, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, aktivləri Londonda 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.

Onun yazdığına görə, Cümə Əhmədzadə 2021-ci ildə Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.

Qeyd edilir ki, onun bu ölkədə xeyli sayda şirklətləri və daşınmaz əmlakları var.

Bu barədə başqa araşdırmaçı jurnalistlər də mediada və sosial şəbəkələrdə geniş informasiya yayıblar.

O, həyat yoldaşı Günel Rüstəmova ilə birlikdə dəbdəbəli həyat tərzi ilə Londonun, Parisin, Praqanın bahalı əyləncə məkanlarının sevimli simasına çevrilib.


Bu faktlara əsasən skspertlər iddia edir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyi su təsərrüfatını yenidən qurmaq üçün lazım olan 20 milyard manatın əhəmiyyətli hissəsini Əhmədzadələrin ölkə xaricinə daşıdığı sərvətlərdə tapmaq olar. Azərbaycanda yaxın illərin təcrübəsi göstərir ki, oliqarxların oğurladıqları pulların qaytarılmasının sadə mexanizmləri var. Sadəcə, onları işə salmaq lazımdır...

Rasim Əliyev

“AzPolitika.info”















635x100

Şərhlər

Maqsud 2024-03-09 20:36:35

Bu talan,soyğun,ölkədən varicə çıxarmalar illərlə davam edir.

Şəkidən 2024-03-07 21:18:02

Zakir Mikayılovun Şəkiyə təyin etdiyi kadrlar, onun necə işləməsindən xəbər verir ?

Əməkdaş 2024-03-06 23:20:53

əhmədin qardaşı mübariz işə 77 yaşlı Zaqatalanın icrabaşı - oranı dağıdır

Mirdavud 2024-03-06 21:25:11

Niyə Azərbaycanın hüquq mühafizə orqanlatı bəzi talançı və oğruları görmür və ya onlara icazə verilir?Guya xəbərləri yoxdur?Əsla yox! Bunlar ölkənin və xalqın ziyanına olaraq sadəcə onları görməzdən gəlirlər.Niyə?Bu anarxiyanın sonu nə zaman olacaq?

İsmayıl 2024-03-06 21:20:37

Rauf o talanla məsğul olan onlar özləridirlər, nəzarəti kim edəcək?

Rasim Quliyev 2024-03-06 20:28:28

Azersu Naziri deyir Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim olum, cümlə cahan batsa da batsın, Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Rauf 2024-03-06 17:53:23

Bu talançılıqlara ,soyğunçuluqlara,ölkədən daşımalra hakimiyyt dairələri niyə kənardan baxır? Bu vəsaitlərin ölkədən çxarılmaq yollarnı kim açıq saxlayıb:? Nə vaxtcs kimsə bu haara cavab verməli deyil?*

Sadiq 2024-03-06 16:53:17

Bu məmurlara milyardlar yəqin onların dədə-babalarından qalıb )))

Mubariz 2024-03-06 13:33:42

Nuş olsun ,Zaur Mikaylov darıxma ,qiymətləri qaldır .Yəqin hələ villan yoxdur , ona görə başla sayğac əməliyyatına ,sonra boru ,büddcə şişib ,köpünü almaq lazımdır .Toyuq oğrusu tutub ,yumurtanın pulunu büddcəyə köçürürlər olur Zahid Oruc demişkən -korrupsiyaya qarşı mübarizə

Hərbçi 2024-03-06 13:06:51

Əgər oğurlayıblarsa Haramları olsun.

Son yazılar