SƏFƏR MEHDİYEV ÖZÜNƏ ŞİRKƏT QURDU - Sabiq rəisi direktor təyin etdi

Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.

"Qaynarinfo"nun verdiyi məlumata görə, polkovnik işdən çıxdıqdan bir ay sonra "APF Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.

Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyəti sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı, otelçilik və qida sektoru.

Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.

Əldə etdiyimiz digər məlumata görə, "APF Group" MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.

Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub. 

635x100

Şərhlər

Mirzə 2024-03-09 20:41:14

Şirkət qurmaq,onu işlətmək üçün vəsaitlər haradandır? o Gömrüyə rəis təyin olunanda boğazı yırtıq kurtka ilə Naxçıvandan gəlmişdi.Bəs bu şirkət hansı vəsaitlə əaliyyətdə olacaq ?Gömrükdən yığdıqıar ilə? Eh fani dünya!l

RR 2024-03-06 08:50:03

Aha)

Tahir 2024-03-05 19:47:42

Fuad Səlim Müslümovun bacısı oğludur. DSMF-ni talayanlardan biri də Fuad idi.

Son yazılar