“ONDA GÜNAH YOXDUR, BALASI ÖLÜB...” – Lamiyənin VİDEOSU yayıldı

Həbsxanada zorlandığı bildirilən, uşaq dünyaya gətirən Lamiyə Quliyevlə bağlı hamının marağına səbəb ola biləcək material yayılıb.

AZNEWS.AZ Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın iki il əvvəl çəkilən videosunu əldə edib. Videoda Lamiyə Quliyeva həbsxanaya düşməsinin acısından danışır, belə bir taleyi heç kimə arzulamadığını deyir. O, danışığı zamanı ad çəkməsə də, Aslan Aslanovla bağlı fikirlərini açıqlayır: “Valideynlərin heç bir günahı yoxdur. Valideyn neyləsin, lap övladı pis də olsa... Əlbəttə ki, balası ölüb... Acığından nə desə edə bilər... Baladı, əzizdi”.

O, dolayısı ilə olsa da baş verən hadisədən peşmançılıq çəkmədiyini vurğulayıb: “İstəməzdim hər şey bu cür alınsın. Peşmançılıq ona görə çəkirəm ki, mamam tək qalıb, özüm azadlıqdan məhrum olmuşam, tay-tuşumdan seçilmişəm”.

Bildirək ki, video İctimai Televiziyanın 2013-cü ildə məhkumlarla bağlı hazırladığı verilişdən götürülüb. Həmin vaxt Lamiyə ictimaiyyət üçün bu qədər maraqlı fiqur olmadığından bu, diqqət çəkməyib.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar