“XƏZƏR ADALARI"NIN PAŞAYEVLƏRLƏ BAĞLILIĞI TƏSDİQLƏNİR – Arif Paşayev xeyir-dua verib..."

Şübhəli “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli bu layihənin arxasında Paşayevlərin olması haqda iddialara münasibət bildirib. İş adamı İnterAz-a müsahibəsində sözügedən məlumatın doğru olmadığını bidlirib:

“Mən sizi açıq deyim ki, bu cür fikirlər söyləyən adamlar çox olacaq. İndi bir adam bir adamla dost ola bilər. Amma onların gördüyü işləri bir-birinin adını yazmaq olmaz. Bu layihənin Paşayevlərə heç bir aidiyyəti yoxdur. Əslində, mən 3 ildir bu layihənin icrasına başlamışam, ancaq bir dəfə də Paşayevlər burda olmayıb. Necə olur ki, 3 il bir adamın layihəsinə tikəsən, amma bu 3 ildə bir dəfə də bura gəlməyə, layihəsini görməyə? Heç belə şey olar? Mən Arif Paşayevlə həyatda dostam, o, bizim ağsaqqalımızdır. Arif müəllim hamının, o cümlədən mənim dostumdur, hamının da ona böyük hörməti var. O çox ziyalı insan, ağıllı adamdır, görkəmli şəxsiyyətdir. Biz hamımız onu sevirik, ona hörmət bəsləyirik. Dost kimi Arif müəllim bu layihəyə xeyr-duasını da verib. Ümumiyyətlə, Arif müəllim hamıya xeyr-dua verən adamdır. O, heç kəsə pislik arzu etməz, əksinə hamıya yaxşılıq edər. Amma bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də kreditdən istifadə etməmişəm.

Xatırladaq ki, “Xəzər adaları” layihəsinin Paşayevlərlə bağlılığı haqda şübhələr “AzPolitika.info”nun araşdırmaları zamanı ortaya çıxmışdı (Bax: “Xəzər adaları: Fantastika, yoxsa reallıq?” məqaləsinə). Bu layihədə xeyli şübhəli, inandırıcı olmayan, hətta fırıldaq təsiri bağışlayan məqamlar var.

Bizə verilən məlumata görə, “Xəzər adaları” ilk əvvəl həqiqətən də sırf Hacı İbrahimin layihəsi kimi ortaya çıxıb. Lakin bu işi həyata keçirmək üçün əlində vəsaiti olmayan Hacı İbrahim, uzun cəhdlərdən sonra Arif Paşayevdə layihəyə maraq oyada bilib. Məhz bundan sonra özünün də etiraf etdiyi kimi, cəmi 50 milyonla işə başlayıb və ciddi öhdəliklərdən sonra müəyyən maliyyə kanalları əldə edib.

Söhbət şübhəli "Xəzər adaları" layihəsini Paşayevlərin həyata keçirməsindən getmir. Hakim ailənin belə fantastik və şübhəli layihəyə qol qoyduğu inandırıcı deyil. Sadəcə olaraq, müəyyən öhdəliklər götürdükdən sonra Hacı İbrahimə maliyyə kanalının açılıb.

Əlbəttə, Hacı İbrahimin bu iddianı təkzib etməsi təbiidir. Lakin o, iddia etdiyi kimi, kredit götürmədən indiyədək layihəyə yatırdığı 1.2 milyard manatın mənbəyini göstərməyincə inandırıcı görünməyəcək. Hörmətli işadamı ya bu pulun mənbəyini göstərməli, ya da etiraf etməlidir ki, indiyədək layihəyə 1.2 milyard xərclədiyi barədə açıqlaması blefdir, piar məqsədi daşıyıb. Çünki ərazidə elə də böyük işlər görülmür. İndiyədək cəmi 1 mini futbol stadionunun açılışı olub. Halbuki, 1.2 milyard manata onlarla bina, körpu, stadion tikmək olardı.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar