Menu

İstanbulda 1 milyon avroluq əməliyyat - Azərbaycanlı qaçdı

12.03.2015, 11:18
İstanbulda 1 milyon avroluq əməliyyat - Azərbaycanlı qaçdı

Şahmatların içindən külli miqdarda narkotik tapılıb

İstanbul polisi xüsusi əməliyyat keçirib. Lent.az-ın “habertürk”-ə istinadən məlumatına görə, xaricdən qaçaq yolla Hakkariyə, ordan da İstanbula narkotik vəsaitə gətirildiyi aşkar edilib.

Belə ki, polis əməkdaşları 1 ay cinayətkar dəstəni izləyib. Məlum olub ki, narkotik vasitə saxlandığı ərazidən başqa yerə daşınır.

Prokurorluğun icazəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitənin saxlandığı ünvanda əməliyyat keçirib. Əməliyyat zamanı satışa çıxarılacaq 1 milyon avro dəyəri olan 79 kq narkotik maddə ələ keçirilib. Narkotiklər ümumilikdə 159 paketdə olub və şahmat qutularında gizlədilib.

İstanbul polisi hazırda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfəri axtarır. Onlardan ikisi Türkiyə, biri isə Azərbaycan vətəndaşıdır. Əməliyyatdan əvvəl hər 3 şəxs qaça bilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol