Menu

BMT-də Azərbaycanla Qərb bir-birini ittiham etdi

17.03.2015, 23:01
BMT-də Azərbaycanla Qərb bir-birini ittiham etdi

BMT İnsan haqları şurasının 28-ci sessiyasında keçirilən müzakirələrdə Avropa Birliyi, Almaniya, Norveç, Çexiya və ABŞ nümayəndələrinin çıxışlarında Azərbaycan insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər səslənib. Martın 17-də Jenevrədə keçirilən debatlarda Azərbaycan nümayəndəsi öz növbəsində bir sıra Qərbi Avropa ölkələrində insan haqlarının pozulmasından Azərbaycanın narahatlığını ifadə edib, ABŞ-ın Ferquson şəhərində və Çexiyada irqi və milli ayrıseçkilik əsasənda törədilən cinayətlərin araşdırılmasına çağırıb.

Rəsmi nümayəndələrdən sonra QHT təmşilçiləri çıxış edbilər. İnsan Haqları Evi təşkilatını nümayəndəsi Azərbaycanda QHT-lərə olan hücumları xatırladıb, Leyla Yunus və İntiqam Əliyevin həbsxabanada səhhətinin pisləşdiyini bildirib. Tənqidi mediayaya hücumlar sırasında Xədicənin nümunəsini gətirib və Azərbaycan hakimiyyətini müstəqil İnsan haqları institutları ilə əməkdaşlığa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol