Menu

ABŞ-İran danışıqlarında irəliləyiş var

19.03.2015, 19:19
ABŞ-İran danışıqlarında irəliləyiş var

ABŞ və İran rəsmiləri İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş olduğunu, amma hələ görülməli çox iş qaldığını deyirlər.

Rəsmilər həftə boyu İsveçrədə danışıqları davam etdiriblər.

Birləşmiş Ştatların Dövlət katibi John Kerry danışıqlarda kəskin problemlər çıxdığını, amma eyni zamanda uğurlar eldə edildiyini deyib.

Həmçinin İranın xarici işlər naziri Mohammad Javad Zarif İRNA agentliyinə danışıqlarda irəliləyiş olduğunu bildirib.

Amma o qeyd edib ki, qarşıda görülməli olan hələ çox işlər var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol