Menu

Ziya Məmmədov qardaşının kürəkəninə yüksək vəzifə verdi - Rüstəmxanlının oğluna

03.04.2015, 15:00
Ziya Məmmədov qardaşının kürəkəninə yüksək vəzifə verdi - Rüstəmxanlının oğluna

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub. Qurumun mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının oğludur. O, Z. Məmmədovun qardaşının qızı ilə ailə həyatı qurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol