Menu

Türkiyə əməliyyatlara başladı

03.04.2015, 20:20
Türkiyə əməliyyatlara başladı

Antiterror məliyyatları zamanı 87 şübhəli saxlanılıb

Türkiyə polisi “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi” (DHKP-C) terror təşkilatına qarşı ölkənin bir sıra vilayətlərində keçirdiyi əməliyyat zamanı 87 şübhəlini saxlayıb. Anspress-in məlumatına görə, son günlər İstanbulda bir neçə terror aktı törədilib və ötən gün polis bu şəhərdə antiterror əməliyyatlarına başlayıb.

Əməliyyat zamanı İstanbulda Ədalət Sarayına, eləcə də polis məntəqəsinə silahlı hücumda şübhəli bilinən şəxslər saxlanılıb.

Qeyd edək ki, Türkiyədə kürd probleminin həllinin finala yaxınlaşması fonunda baş verən terror hücumları təsadüf sayılmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol