Ukrayna parlamentinin – Ali Radanın gündəliyinə qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qərar layihəsi daxil edilib. Musavat.com-un xarici qaynaqlara istinadın verdiyi xəbərə görə, qanun layihəsinin təşəbbüskarı Ali Radanın deputatı Vitali Barvinekodur.
O, öz təşəbbüsünü indiyədək bir çox ölkənin və Avropa Parlamentinin erməni “genosidi”ni tanıması ilə əsaslandırıb.
Qeyd edək ki, 2013-cü ildə də analoji təşəbbüs göstərilib. Lakin parlament onu rədd etmişdi. O zaman təşəbbüs müəllifləri Arsen Avakyan (hazırda Ukraynanın daxili işlər naziridir), Vilen Şatvoryan və Nver Mxitaryan idilər. Ali Radanın İnsan haqları və millətlərarası münasibətlər komitəsi isə məsələni parlamentin gündəliyinə salmaqdan imtina eləmişdi.


Şərhlər