Menu

Tikritdə 12 kütləvi məzarlıq aşkarlandı

07.04.2015, 14:57

150314093344_iraqi_security_forces_tikrit_640x360_ap_nocreditİraqın Tikrit şəhərində 1700 nəfərin basdırıldığı ehtimal edilən 12 kütləvi məzar aşkarlanıb. Məzarlarda İraq əsgərlərinin basdırıldığı bildirilir. APA-nın “BBC News”-a istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları əsir götürdükləri hərbçiləri öldürdükdən sonra kütləvi məzarlıqlara atıblar.

Məzarlıq ABŞ-ın keçmiş bazası “Camp Speicher” yaxınlığında tapılıb.

“Bu, dəhşətli səhnə idi" – deyə, İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid əl-Atbi bildirib. Onun sözlərinə görə, DNT analizinin köməyi ilə qətlə yetirilən hərbçilərin şəxsiyyəti müəyyənləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol