Menu

Yəməndə son 13 gün ərzində ən azı 74 uşaq həyatını itirib - UNICEF

07.04.2015, 16:06
Yəməndə son 13 gün ərzində ən azı 74 uşaq həyatını itirib - UNICEF

Yəməndə döyüşlərin başladığı 26 mart tarixindən indiyədək ən azı 74 uşaq ölüb, 44-ü yaralanıb. SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Cenevrədə keçirilən brifinqdə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Kristof Buera məlumat verib.

O deyib ki, "bu rəqəmlər, çox güman, tam deyil və ölən uşaqların həqiqi sayı daha çoxdur, belə ki, son həftə ərzində münaqişə daha intensiv xarakter alıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol