Menu

"Gazprom"un gəliri 70 faiz azalıb

08.04.2015, 11:26
"Gazprom"un gəliri 70 faiz azalıb

Bu ilin ilk iki ayı ərzində Rusiyanın dövlətə məxsus "Gazprom" şirkətinin gəlirləri 70 faiz azalıb.

Rusiya Federal Gömrük Xidməti aprelin 7-də bildirib ki, "Gazprom"un ixrac gəlirlərindəki azalma yanvar-fevral aylarında 7.4 milyard dollara bərabər olub.

Belə ki, ötən ilin ilik 2 ayında ixrac 37.4 milyard kubmetr olubsa, bu il bu rəqəm 27.5 milyard kubmetrə düşüb. Bunun da 18.7 milyard kubmetri MDB ölkələrindən xaricə, qalanı MDB daxilinə gedib.

Ötən ilin yanvar-fevralında qazın min kubmetri 334 dollar idisə, bu ilin həmin dövründə qiymət 269 dollar olub.

Aprelin 8-də prezident Vladimir Putinin "Gazprom" rəhbəri Aleksey Miller ilə görüşəcəyi bildirilir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, görüşdə “qaz məsələləri müzakirə olunacaq, ancaq onları açıqlamaq fikrində deyiləm” ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol