ATV telekanalında kütləvi ixtisarlara start verilib. Kanaldakı mənbədən Azxeber.com-a verilən məlumata görə, kanal rəhbərliyinin göstərişi ilə yüzə yaxın işçi işdən çıxarılıb. Maraqlı olan məqam isə işdən çıxarılanların böyük əksəriyyətinin xanım işçilər olmasıdır. Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib. Və kanal rəhbərliyi bunu kanalın ən çox şou xarakterli verilişlərdən gəlir əldə etməsi ilə əlaqələndirib.
Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq təkidlə ərizə yazmalı olduqları deyilib. İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulduğunu iddia edərək ərizə yazmaqdan imtina ediblər.
Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlərin işinə xitam verilib.
"AzPolitika.info"nun məlumatına görə neftin qiymətinin düşməsindən sonra hökumətin qeyri-rəsmi büdcəsi də xeyli azaldığından televiiyalara və hakimiyyətyönümlü mətbuata verilən vəsaitlər "qayçılanmağa" başlayıb. Məhz buna görə də, telekanallra və qəzetlərə ştatda olan işçilərinin sayını maksimum azaltmaq tapşırılıb.
Xatırladaq ki, ötən gün AZTV-də kütləvi ixtisarlar başlamışdı. Dövlət televiziyasında da jurnalistlərlə yanaşı kanalda vəzifə tutan bəzi şəxslər işlərindən uzaqlaşdırılmışdı.
Rasim
AzPolitika.info


Şərhlər