Menu

ADY 50 vaqon, 20 yeni qatar alır

05.11.2026, 16:00
ADY 50 vaqon, 20 yeni qatar alır

"Azərbaycan Dəmir Yolları yeni sərnişin qatarlarının alınması ilə bağlı işlər görür".

"AzPolitika" xəbər verir ki, bu barədə oxu.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, 50 ədəd yataq tipli yeni sərnişin vaqonu və 20 ədəd elektrik qatarı alınacaq.

"ADY qatar parkını yeniləməyə və genişləndirməyə davam edir. Məqsəd sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılmasıdır.

Hazırda İsveçrənin "Stadler" şirkətinin istehsalı olan 9 ədəd ikimərtəbəli elektrik qatarı, 4 ədəd birmərtəbəli dizel, 6 ədəd birmərtəbəli elektrik (dəyişən cərəyanla işləyən) qatarı, Fransa istehsallı 10 ədəd "Alstom AZ4A" seriyalı sərnişin elektrovozu və 18 ədəd müasir "Stadler" yataq tipli sərnişin vaqonu ilə sərnişindaşıma əməliyyatları həyata keçirilir.

Bundan başqa, əsaslı şəkildə təmir olunmuş 50 ədəd yataq tipli sərnişin vaqonu və 13 ədəd oturacaq tipli sərnişin vaqonu istismar edilir. Eyni zamanda, 50 ədəd yataq tipli yeni sərnişin vaqonu və 20 ədəd elektrik qatarının alınması üçün işlər aparılır".

Açıqlamada bildirilib ki, bu il Çin şirkətləri ilə 4 ədəd sərnişin lokomotivi və eyni sayda qatarın alınması barədə müqavilələr imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol