Rusiya Respublikaçıların Konqres seçkilərində məğlubiyyətindən sonra ABŞ tərəfindən "cəhənnəm sanksiyaları"nın tətbiqinə hazırlaşmalıdır.
“AzPolitika” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sosial media paylaşımında belə deyilir.
“Donald Tramp Konqres uğrunda mübarizəni darmadağınla uduzub. Bu, bizim maraqlarımıza necə təsir edəcək?
Hələlik bunun əhəmiyyətli bir təsiri olacağını düşünmürəm.
Bizi əsasən iki şey maraqlandırır: Ukrayna münaqişəsi və sanksiyalar. Ukraynaya gəldikdə, hazırkı ABŞ administrasiyası ilə bəzi faydalı məsləhətləşmələr aparırıq, amma başqa heç nə”, -deyə Medvedev qeyd edib.
Onun fikrincə, sanksiyalarla bağlı vəziyyət daha çətin olacaq və Rusiyaya qarşı məlum “cəhənnəm sanksiyaları” tətbiq edilə bilər: “Sanksiyalara gəldikdə. Bu daha mürəkkəbdir, çünki Demokratlar iddialara görə Ukrayna nasistlərinə daha aktiv dəstəyi bərpa etməklə hədələyiblər… Əlbəttə ki, "cəhənnəm sanksiyaları”nın tətbiqi sövdələşmənin nəticəsi ola bilər - impiçmentdən imtina müqabilində məhdudiyyətlər. Bu, neft qiymətlərinin artmasının yeni dalğasına və ABŞ-dəki yanacaqdoldurma məntəqələrində narazılıq səslərinə səbəb olacaq. Bu, həmçinin Trampın güclü tərəf hesab etdiyi Kremllə münasibətləri tamamilə məhv edərdi… Bir sözlə, vəziyyət hətta Tramp üçün də gözlənilməzdir və o, çox güman ki, sevimli vetosundan istifadə edərək ortaya çıxan problemlərə qarşı situativ reaksiyalara əl atacaq”.
“AzPolitika.info”


Şərhlər