Menu

Vilayət Eyvazov sıra baxışı keçirib - Video

05.11.2026, 17:34
Vilayət Eyvazov sıra baxışı keçirib - Video

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 5-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb:

"Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol