Menu

ABŞ Kubanı terrorizm sponsorları siyahısından çıxarır

10.04.2015, 11:26
ABŞ Kubanı terrorizm sponsorları siyahısından çıxarır

[caption id="attachment_108992" align="alignleft" width="300"] ABŞ-la Kuba arasında münasibətlərin yaxşılaşması müşahidə olunur[/caption]

ABŞ Dövlət Departamenti prezident Barak Obamaya Kubanı ABŞ hökumətinin terrorizmin sponsoru hesab etdiyi ölkələrin siyahısından çıxarmağı tövsiyə edib.

ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Ben Cardin-in sözlərinə görə, bu tövsiyə Kuba ilə daha məhsuldar münasibətləri qurulması yolunda mühüm addım ola bilər.

Kubanın "terrorçu siyahısından" çıxarılması iki ölkənin Vaşinqton və Havanada yenidən öz səfirliklərini açmasına imkan yaradacaq.

Bu arada Barak Obama və Kuba rəhbəri Raul Castro Panamada keçirilən "Amerikaların Sammiti" çərçivəsində ilk rəsmi görüşü keçirmək niyyətindədirlər.

Bundan əvvəl Kuba rəhbərliyi bir dəfə də olsun sammitdə iştirak etmək üçün buraxılmamışdı. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol