Misir məhkəməsi devrilmiş prezident Məhəmməd Mursini hakimiyyətə gətirən, artıq qadağan edilmiş “Müsəlman qardaşları” təşkilatının lideri Məhəmməd Baqi və onun daha 13 tərəfdarı haqda edam hökmü çıxarıb. Musavta.com-un məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, onlar ən yüksək cəzaya “zorakılığı qızışdırdıqları üçün” layiq görülüblər.
Bundan əlavə, məhkəmə ABŞ və Misir vətəndaşı olan Məhəmməd Sultanı “Müsəlman qardaşları”nı himayə eləməyə və yalan informasiya verməyə görə ömürlük həbsə məhkum edib.


Şərhlər