Menu

Xeyli erməni əsgər yaralandı, ölən var

17.04.2015, 22:21
Xeyli erməni əsgər yaralandı, ölən var

Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb.ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.

Belə ki, hərbçiləri daşıyan URAL markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Çox sayda erməni əsgəri yaralanıb. Lakin onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar dərhal mərkəzi hospitala yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 1995-ci il təvəllüdlü əsgər Artem Gerasi qəza zamanı aldığı travmadan ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol