Menu

Deputatın oğlu öldürüldü - Partiyaya hücum - Video

23.04.2015, 19:14
Deputatın oğlu öldürüldü - Partiyaya hücum - Video

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Batmanda seçki qərargahına silahlı hücum edilib. Anspress-in məlumatına görə, hücumda sabiq millət vəkili Nezir Nasıroğlunun oğlu Abit Nasıroğlu ölüb, bir nəfər isə yaralanıb. Hücum edən şübhəli isə qaçarkən vurulub.

Silahlı hücumun siyasi səbəblərdən həyata keçirildiyi iddia olunur. AKP-li namizəd Adile Gürbüz silahlı hücumu edən şəxsin kim tərəfindən vurulduqlarını görmədiklərini deyib: "Salona girib, atəş edib qaçdılar".

Silahlı hücumu edən şəxs yaralanıb və xəstəxanaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol