Menu

Səudiyyə Ərəbistanı Yəməndə texnikum və institutu bombardman etdi

24.04.2015, 09:10
Səudiyyə Ərəbistanı Yəməndə texnikum və institutu bombardman etdi

Səudiyyə Ərəbistanının Hərbi-Hava Qüvvələri Yəmənin təhsil müəssisələrinə hava zərbələri endirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının təyyarələri İbb əyalətindəki İrim şəhərində texnikum və institut binalarını raket atəşinə tutub.

Səudiyyə Ərəbistanı ordusunun nümayəndələri qeyd olunan binalarda üsyançı husilərin qərargahlarının fəaliyyət göstərdiyini bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol