Menu

Azərbaycanda məhkəmə sədri dünyasını dəyişdi

28.04.2015, 12:59
Azərbaycanda məhkəmə sədri dünyasını dəyişdi

Ədliyyə Nazirliyinin yüksək rütbəli məmuru ağır xəstəlikdən əziyyət çəkirmiş

Lənkəran rayonunda Ədliyyə Nazirliyinin yüksək rütbəli məmuru dünyasını dəyişib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, nazirliyin Lənkəran rayon Məhkəməsinin rəisi Miri Yusif oğlu Kazımov aprelin 24-də axşam saatlarında vəfat edib.

Onun bu yaxınlarda 50 illik yubleyini qeyd etdiyi bildirilir.

Qeyd edək ki, Miri Kazımov uzun ildir ağır xəstəlikdən əziyyət çəkirmiş.

Allah rəhmət eləsin !

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol