Menu

Poroşenko Azərbaycana gəlir

28.04.2015, 20:12
Poroşenko Azərbaycana gəlir

2015-ci ilin ikinci yarısında Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri planlaşdırılır. APA-nın “İnetrfaks”a istinadən verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Ukrayna xarici işlər nazirinin 1-ci müavini Natalya Qalibarenko deyib. O bildirib ki, bu ilin ikinci yarısında prezident Pyotr Poroşenko və xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfərləri nəzərdə tutulub. Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol