Menu

Ramiz Mehdiyev AMEA-nın illik yığıncağında - FOTOLAR

29.04.2015, 11:35
Ramiz Mehdiyev AMEA-nın illik  yığıncağında - FOTOLAR

AMEA Rəyasət Heyətində akademiyanın illik ümumi yığıncağı başlayıb. "Report" xəbər verir ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyi tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir. Ümumi yığıncaqda həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol