Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Kəpəz TV-nin (Region TV) məlumatına görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb. Cəmil Əmirov bundan əvvəl Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir Rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub. DİN-in mətbuat xidməti Kəpəz televiziyasına faktı təsdiqləyib.


Şərhlər