Menu

Bakıda "Jaquar"la adam öldürən 19 yaşlı gəncə AĞIR CƏZA

07.05.2015, 14:18
Bakıda "Jaquar"la adam öldürən 19 yaşlı gəncə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə K. Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il oktyabrın 19-da saat 01 radələrində Xətai rayonunda baş verib. Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “KÖGEL” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə təqsirli bilinən K. Hüseynli saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol