Türkiyədə “rüşvət və korrupsiya” əməliyyatında ikinci dalğa əməliyyatı və nəzarət qərarları üçün polis hərəkətə keçmədiyinə görə prokurorluq hərbi polisə təlimat göndəribmiş.
“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, rüşvət və korrupsiya əməliyyatında “ikinci dalğa” istintaqını həyata keçirən prokurorluğun, axtarış və nəzarətə götürmə qərarları üçün polis hərəkətə keçmədiyinə görə hərbi polisə təlimat yazdığı məlum olub. “Prokurorluq – Polis böhranı”nın ortaya çıxdığı gün olan 25 dekabr tarixini daşıyan nəzarət siyahısının polisə göndərilən siyahıdan tək fərqi var, o da “şübhəlini nəzarətdə saxlayacaq qolluq” hissəsinin qarşısında yazılan yazıdır. Birinci siyahıda “Korrupsiya ilə Mübarizə Şöbə Müdirliyi”nin yazıldığı hissədə bu dəfə “İstanbul Şəhər Hərbi Polis Komandirliyi KOM Şöbə Müdirliyi” yazılıb.
Bu fakt Ərdoğan hökumətini devirmək istəyən qüvvələrin bunum üçün istənilən vaistəyə əl atdığını göstərir.

Lent.az-ın xəbərinə görə, Türkiyənin “Sözçü” qəzeti korrupsiya və rüşvət əməliyyatının ikinci mərhələsində B. Ərdoğan için istintağa çağırılması barədə qərar çıxarıldığı barədə məlumat yayıb.
Türkiyədəki “Ulusalkanal” isə Ərdoğanın istintaqa şahid deyil, şübhəli şəxs kimi çağırıldığını iddia edib.
Qeyd edək ki, bu gün baş prokurorun əmri ilə cinayət işinin prokuroru Muammer Aktaş istintaqdan uzaqlaşdırılıb.
Ərdoğanı devirmək planın arxasında ABŞ və İsrailin durduğu bildirilir.Bunun üçün hökumətdəki fətullahçılardan istifadə olunur.
Vaqif
Azpolitika.info


Şərhlər