Türkiyə Baş naziri Əhməd Davuoğlu mitinq keçirmək üçün Şanlıurfa şəhərinə yollanıb. Axar.az xəbər verir ki, Davudoğlu AKP-nin təşkil etdiyi mitinqdə çıxış etmək üçün günorta saatlarında şəhərə gəlib.
Daha sonra baş nazir Türkiyə Quru Qoşunları komandanı general Hulusi Akarla birlikdə helikopterlə Suriya sərhədinə yollanıb.
Zirehli texnika və hərbi helikopterlərin müşayiəti ilə Davudoğlu 21 fevralda hərbi əməliyyat nəticəsində yeri dəyişdirilən Süleyman Şah türbəsinə də baş çəkib.


Şərhlər