Menu

Daha bir ölkə Avropa Birliyindən çıxa bilər

12.05.2015, 09:13
Daha bir ölkə Avropa Birliyindən çıxa bilər

Devid Kameron Britaniyanın AB üzvlüyü barədə referendum keçirilməsinə can atır

Parlament seçkisində partiyası qalib olan Britaniya baş naziri Devid Kameron ölkəsini Avropa Birliyindən (AB) çıxarmaq istəyir. Anspress-in məlumatına görə, Kameron AB-yə üzvülük barədə referendum keçirilməsinə nail olmağa çalışdığını deyib.

Artıq referendumun 2016-cı ildə keçiriləcəyi barədə şayələr də yayılıb.

RT müxbiri Polina Boyko Kameronun bu yöndə israrlı fəaliyyəti və britaniyalıların buna münasibətini araşdırmağa çalışıb.

Müxbirin fikrincə Kameron növbəti seçkidə qalib olacağı təqdirdə nələri edəcəyi barədə bir çox qeydlər edib.

Bundan əvvəl Kameron Şotlandiyanın Britaniyadan ayrılması barədə referendum keçirilməsinin nəzərdə tutulmadığını demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol